İranın ali dini lideri xəstəxanaya yerləşdirilib
Xarici KİV İranın ali dini lideri ayətullah Əli Xamneyinin xəstəxanaya yerləşdirilməsi haqda məlumatlar yayır.
İlk məlumat İsrail, sonra isə Qərb mənbələrindən daxil olub.
Bundan əvvəl Figaro kəşfiyyat mənbələrinə isnadla bildirib ki, prostat xərçəngi ilə əlaqədar Ə.Xamneyinin "ən azı iki il ömrü qalıb”. 2014-cü ilin sentyabrında o əməliyyat olunub.
Ə.Xamneyinin 76 yaşı var. 25 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illlərdə ölkə prezidentinin səlahiyətlərini icra edib.
Ə.Xamneyinin vəziyyətinin pis olması barədə çoxdan danışılır. İndi rəsmən etiraf edilib.
Ayətullah soydaşlarından xahiş edib ki, onun səhhətilə bağlı narahat olmasınlar, lakin ondan ötrü dua etmələrini və "millətin birliyini qorumalarını” rica edib.
KİV-ə sızan məlumatlara görə, Ə.Xamneyinin durumu yaxşı deyil və hakimiyyət nümayəndələri, həmçinin keçmiş prezident Mahmud Əhmədinejat ona baş çəkiblər.
Ə.Xamneyinin varisinin kim olacağı hələlik məlum deyil. Yeni dini lider məsələsi ruhanilər, siyasətçilər və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən seçiləcək.
İrana kimin rəhbərlik etməsi məsələsi bir sıra səbəblərdən: İranda 30 milyonluq azərbaycanlı əhalinin yaşaması, Tehranın Azərbaycana böyük siyasi və ideoloji təsirinin olması baxımından Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
.
Maybe you are interested in:
Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”
Nardaranda Fransa, İsrail və ABŞ bayraqları yandırlıb
Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”