ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Zaqatalaya səfər edib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində noyabrın 5-də Zaqatalada olub. Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qonağa rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, əhalinin məşğuliyyəti, həmçinin turizm potensialı barədə məlumat verilib. Derek Hoqan bölgəyə səfərinin şimal-qərb rayonlarının əhalisi ilə görüşmək, məlumat toplamaq məqsədi daşıdığını diqqətə çatdırıb. Diplomat gözəl təbiəti olan Zaqatalada aparılan abadlıq və quruculuq işlərindən məmnun qaldığını bildirib.
Görüşdə rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələri ilə bağlı məsələlər barədə söhbət aparılıb.
Görüşdən sonra müvəqqəti işlər vəkili və səfirliyin nümayəndələri Zaqatala fındıq zavodunun fəaliyyəti ilə tanış olub, burada istehsal prosesini izləyiblər.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
ABŞ nümayəndə heyətini Bakıda
Robert Sekuta: “Bu, dondurulmuş münaqişə deyil”
“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.
İlham Əliyev İtaliyanın iqtisadiyyat nazirini qəbul edib
Şərh əlavə edin