ABŞ nümayəndə heyətini Bakıda
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi 16-20 noyabr, 2015-ci il tarixdə dünyada tanınmış Smitsonian İnstitutunun nümayəndə heyətini qəbul edəcəkdir. Birləşmiş Ştatlar və Azərbaycan arasında mədəniyyət sahəsində mövcud olan əməkdaşlığı vurğulamaq məqsədilə Səfirlik, böyük məmnuniyyətlə bu proqramı Azərbaycanda həyata keçirir.
Azərbaycanın zəngin tarixini vurğulamaqla bərabər, Amerikanın milli muzeyi – Smitsonian İnstitutunun üç muzey mütəxəssisi, 100 nəfərdən çox azərbaycanlı alimin və muzey mütəxəssislərinin iştirakı ilə Bakı və Quba şəhərlərində "Muzeylərdə, Tarixi Obyektlərdə və Mədəniyyət Mərkəzlərində 21-ci Əsrin Kuratorluğu” mövzusunun müzakirəsinə həsr olunacaq seminarlar keçirəcəklər. Bu seminarlar, Birləşmiş Ştatlar Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında təşkil olunacaqdır.
Smitsonian İnstitutunun mütəxəssisləri eyni zamanda Heydər Əliyev Mərkəzinə, Milli Xalça Muzeyinə, Müasir İncəsənət Muzeyinə, Milli İncəsənət Muzeyinə, "YARAT” təşkilatına, Arxeologiya və Etnoqrafiya Muzeyinə, Əlyazmalar İnstitutuna və Qubadakı Gümbəzli hamama səfər edəcəklər.
Bu proqramda Smitsonian İnstitutunun aşağıdakı nümayəndələri iştirak edirlər:
Dr. Pol Maykl Teylor, Asiya Mədəniyyəti Tarixi Proqramının Direktoru və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası üzrə Kurator
Cered Koller, Asiya Mədəniyyəti Tarixi Proqramının Tədqiqatçısı
Trevor Lumis Merrion, Asiya Mədəniyyəti Tarixi Proqramının Tədqiqatçısı.
.
Maybe you are interested in:
Qusarda mədəni transformasiya?
ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub
Mədəniyyətlərin kəsişmə nöqtəsi