Federal lәzgi
milli-mәdәni muxtariyyәti

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

 
Aprelin 14-də Qusar Rayon İcra Hakimiyyətində RİH başçısı yanında şuranın növbəti iclası keçirilmişdir.  Yığıncaqda 2015-cü ilin birinci rübünin sosial-iqtisadi sahədə inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.  Tədbiri onun iştirakçılarını salamlamaqla rayon icra hakimiyyətinin başçısı Şair Alxasov açmışdır. Giriş sözü söyləyən RİH başçısı diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasına çəkmişdir. Dövlətimizin başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirmişdir. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən dövlətimizin başçısı dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etmədiyini, inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırmışdır. 2015-ci ilin birinci rübündə Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında hesabatı RİH başçısının müavini Zoya Eldarova təqdim etmişdir. Hesabatın müzakirəsində iştirak edən rayon suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov, mərkəzi rayon xəstəxanasının baş həkimi Mübariz Zeynalov, telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov, su kanal idarəsinin rəisi Əliyar Saruxanov birinci rübdə əldə edilən nəticələri dəyərləndirməklə bərabər arzu və təkliflərini də söyləmişlər. Yığıncağı yekunlaşdıran RİH başçısı ilk rübdə əhalinin içməli su ilə təminatı, torpaqlarını meliorasiyası ilə bağlı mühüm işlərin həyata keçirildiyini bildirmiş, rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində fəaliyyətin bundan sonra da əzmlə davam etdiriləcəyini söyləmişdir. O, paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, bununla əlaqədar  rayonumuzda da bir sıra təşkilati tədbirlərin planlaşdırıldığını, o cümlədən Oyunların məşəlinin Qusar şəhəri üzrə hərəkət marşrutu boyu abadlıq-quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırmışdır. Rayon rəhəbəri əmin olduğunu bildirmişdir ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər əlbir səylərimiz nəticəsində öz həllini tapacaqdır.

.

gusarpress.com

.

Maybe you are interested in:

MÖHTƏKİRLİK, SÜNİ QİYMƏT ARTIMI YOLVERİLMƏZDİR

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

TƏHSİL HƏR BİR XALQI ÖZ MİLLİ HƏDƏFLƏRİNƏ DOĞRU APARAN YOLDUR

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz