Federal lәzgi
milli-mәdәni muxtariyyәti

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 22 iyun 2015-ci il tarixdə sərəncamı ilə səmərəli fəaliyyətlərinə görə təltif olunanlar sırasında Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahvar Qəndəli oğlu Əzizov da vardır.

1963-cü ildə dağlar qoynunda yerləşən Cağar kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Şahvar Qəndəli oğlu səkkizilliyi burada, orta məktəbi isə Qusar şəhərində bitirib. Valideynlərinin, kənd camaatının xeyli hissəsinin maldarlıqla məşğul olduğu Cağar onun sənət seçimini erkən müəyyən etdi. Gəncin məqsədi də heyvandarlıq üzrə ali təhsilli mütəxəssis olmaq idi.

Elə ilk cəhddə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna daxil olan Şahvar Əzizov beş ildən sonra zoomühəndislik diplomu ilə rayona dönərək yerli təsərrüfatda əmək fəaliyyətinə başladı.

Onun əmək biorqrafiyasına kosmik elmi-tədqiqat institutunda baş elmi işçi, bir neçə təsərrüfatda baş zootexnik kimi çalışdığı illər də əlavə olundu.

1999-cu ildə Qusar RİH-ə işə dəvət alan Şahvar Əzizov uzun müddət aqrar məsələləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. İndi sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində bu vəzifəni icra edən dövlət qulluqçusu mütəmadi olaraq fermer təsərrüfatlarına baş çəkir, gənc sahibkarlara, mütəxəssislərə işin təşkili, yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyə və məsləhətlər verir.

Kollektivdə mehribanlığı, səmimiliyi ilə sayılıb-seçilən Şahvar müəllim gənclərdən diqqət və qayğısını da əsirgəmir.

Xidməti ölkə başçısı tərəfindən yüksək dəyərləndirilən Şahvar Əzizov vicdanlı və işgüzar dövlət məmuru olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısıdır. Təhsil işçisi olan həyat yoldaşı Nərgiz xanımla iki övlad böyüdüb ərsəyə çatdırıb. Oğlu Kamran Rusiyanın Voronej vilayətində vilayət xəstəxanasının baş həkim müavini vəzifəsində işləyir, qızı Leyla isə tələbədir.

Həmyerlimizin sevincinə qoşulur, ona son dərəcə məsuliyyətli və insana başucalığı gətirən fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

"qusar”

.

gusarpress.com

.

Maybe you are interested in:

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

FƏXRİ ADA LAYİQ GÖRÜLDÜ

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz