Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FƏXRİ ADA LAYİQ GÖRÜLDÜ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında 21 oktyabr 2015 tarixli sərəncam imzalamışdır. Azərbaycan Respublikasının sosial-ictimai və mədəni həyatında göstərdikləri xidmətlərinə görə təltif olunanların sırasında "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş həmyerlimiz Rzayev İmran Sədulla oğlu da vardır.

İmran Rzayev 1950-ci il iyunun 27-də Qusar şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1 saylı orta məktəbi, Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə Dövlət Statistika İdarəsində başlayan gənc mütəxəssis sonralar Nəsimi rayonunda mənzil təsərrüfatı idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1978-1982-ci illərdə o, Nəsimi Rayon Xalq Deputatları Sovetinə deputat seçilmiş, bir sıra ictimai vəzifələri uğurla yerinə yetirmişdir.

Sonradan "Azərbtəsərrüfatlararasıheyvandarlıq" Respublika Birliyində əsaslı tikinti idarəsinin böyük və baş mühəndisi vəzifəsində işləmişdir.

İmran Rzayev 1983-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının tərkibində fəaliyyət göstərən bu birliyin sədri vəzifəsində işləyir. Ötən dövrdə onun səyləri ilə birliyin dövriyyə aktivləri və əsas fondları artırılmış, kənd-sağlamlıq ocaqları sistemi yaradılaraq onun effektliyi yüksəldilmişdir.

İmran Rzayevin təşkilatçılıq bacarığı, həmkarlar ittifaqlarındakı səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Həmyerlimizin adı "Azərbaycanın aqrar sahə rəhbərləri və görkəmli elm xadimləri" kitabına daxil edilmiş, 2005-ci ildə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə, "Yubiley medalı" ilə, AHİK-in yubiley döş nişanı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

İmran Rzayev "Samur” Ləzgi Milli Mərkəzi İdarə heyətinin üzvü kimi respublikanın mədəni-ictimai həyatında da fəal iştirak edir.

Tanınmış ziyalını təbrik edir, ona uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.                                  

  "QUSAR”

.

www.qusarpress.com

.

Maybe you are interested in:

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

TƏHSİLƏ BAĞLI ÖMÜR

ƏMƏKDAR MÜHƏNDIS

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz