Federal lәzgi
milli-mәdәni muxtariyyәti

TƏHSİLƏ BAĞLI ÖMÜR

 
Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq, mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Dilşad xanım gözünü dünyaya altmış il əvvəl müəllim ailəsində açdı. Peşə seçimində tərəddüd etmədən atasının-respublikanın "Əməkdar mədəniyyət işçisi” Şəmsəddin Şərifovun yolu ilə getdi-Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olundu.  Onun şəhər 6 saylı orta məktəbində pedaqoji fəaliyyətə başladığı vaxtdan nə az, nə çox, düz 37 il ötür. 1981-ci ildə şəhər 2 saylı orta məktəbinə Azərbaycan dili müəllimi təyin edilən Dilşad xanımın pedaqoqluq zirvəsinə yüksələn yolu heç də asan olmayıb. Müdriklər müəllimi əkinçiyə bənzədirlər. Əkinçi yeri şumlayır, toxum səpir, suvarır, becərir. Mənəvi ehtiyac payızda-bol məhsul toplanarkən ödənilir. Müəllim də belədir. O, uşağın ağlından, çalışqanlığından, nadinclərin islahından, ədəb-ərkan gözləyən yetirmələrinin yüksəlişindən ləzzət alır. 2009-cu ildə məktəbin çoxsaylı kollektivinin xahişi ilə bu təhsil müəssisəsinə direktor təyin olunan Dilşad Şinğarova qısa vaxtda kollektivdə sözün həqiqi mənasında köklü dəyişikliklər etməyi bacarır, qabaqcıl pedaqoqların yaxından köməyi ilə təhsil prosesini "Məktəb uşağın dostudur” layihəsi əsasında qurmaqla nizam-intizamı möhkəmləndirməyə, nəticələri ilbəil yüksəltməyə nail olur. 2014-cü ildə məktəbin məzunlarından bir nəfəri qızıl medala layiq görülür, ali məktəbə sənəd verən 44 şagirddən 35-i tələbə adını qazanır. Nəticələr ilbəil yaxşılaşır, uğurlar ilbəil artır.  Həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Şinğarova Dilşad Şəmsəddin qızı "Əməkdar müəllim” yüksək fəxri adına layiq görülür.  2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 2 saylı məktəb dövlət başçısının sərəncamı ilə on min manat, məktəbin müəllimi Kamran Əliyev "Ən yaxşı müəllim" müsabiqəsində qalib kimi beş min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. Bu gün Dilşad Şinğarova rayonda öz sənətini ürəkdən sevən, təcrübə və peşəkarlığı ilə fərqlənən, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən qabaqcıl müəllim kimi tanınır. Sevməsən sevilməzsən,-deyiblər. İşgüzar, pedaqoji fəaliyyətindən əlavə Dilşad xanım həmkarları, çoxsaylı yetirmələri tərəfindən sevilən insan, yaxşı ailə başçısı, mehriban ana, nəvazişli nənədir. Dilşad xanımı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində yeni uğurlar diləyirik. Şəhər 2 saylı orta məktəbin kollektivi

.

gusarpress.com

.

Maybe you are interested in:

MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

YARIM ƏSR MUSİQİ ALƏMİNDƏ

GƏNC İNTELLEKT SAHİBLƏRİ ÜZ-ÜZƏ GƏLDİLƏR

ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz