Federal lәzgi
milli-mәdәni muxtariyyәti

TƏHSİL HƏR BİR XALQI ÖZ MİLLİ HƏDƏFLƏRİNƏ DOĞRU APARAN YOLDUR

 

15 Sentyabr Yeni dərs ilinin başlanğıcı,"Bilik Günü”dür

Bilik günündə rayonumuzun 86 ümumtəhsil məktəbinin qapılarını 14 min nəfər şagird açacaqdır. Biliklər aləminə səyahətdə onlara 1800 nəfər müəllim bələdçilik edəcəkdir. Yeni 2015-2016-cı tədris ilində 1430 birinci sinfə qədəm basacaqdır.

Respublika və rayon rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazası yenilənmiş, son illər müxtəlif maliyyə mənbələri hesabına 10 min şagird yerlik 43 məktəb inşa olunmuş, bir neçə məktəb əsaslı şəkildə təmir edilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində rayonda aparılan işlər belə deməyə imkan verir ki, yaxın gələcəkdə təhsil üçün yararsız binalar qalmayacaqdır.

Rayonumuzun bütün təhsil işçilərini, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması, "Bilik Günü” münasibətilə ürəkdən təbrik edir, hamıya möhkəm cansağlığı, təhsildə daha yüksək uğurlar naminə əlbir və səmərəli fəaliyyət arzulayırıq.

Sentyabrın 7-də şəhər mədəniyyət sara- yında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzinə gələrək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, onun buradakı əzəmətli abidəsi önünə gül dəstələri düzmüşlər.

Konfrans öz işinə Dövlət himnimizin səsləndirilməsi ilə başlamışdır.

Təhsil işçiləri ilə yanaşı RİH başçısının yerli İƏ vahidliyi nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdikləri konfransda rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyevin 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı dinlənilmişdir.*

Çıxış edən Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Həcəliyev, şəhər 6 saylı tam orta məktəbin sinif rəhbəri Nəzifə Sultanova çalışdıqları kollektivlərin uğurları barədə danışmış, əldə olunan nəticələr, onların daha da yaxşılaşdırılması yolları barədə rəy və təkliflərini söyləmişlər.

Qusar şəhər 2 saylı məktəbi qızıl medalla bitirərək 645 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazanmış Roman Əsgərov və şəhər 1 saylı tam orta məktəbinin məzunu, 626 balla Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi adını qazanmış Lalə Ağadadaşova, Həsənqala kənd orta məktəbinin məzunu, 627 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş İlkin Sultanov çıxış edərək hərtərəfli bilik almaq üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə, təhsil aldığı məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirmiş, elm yarışmasında daha uğurlu nəticələr qazanmaqla doğmalarının etimadını bundan sonra da doğruldacağına söz vermişdir.

Konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edən Qusar RİH-nin başçısı Şair Alxasov öz çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illəri təhsilin intibah dövrü kimi səciyyələndirmiş, son illər ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində aparılan köklü islahatlardan söhbət açmışdır.

Cari il ali məktəblərə qəbulun səviyyəsində müsbət irəliləyişin olduğunu diqqətə çatdırmaqla yanaşı o, rayonda təhsilin maddi-texniki bazasına yönəldilən vəsait və qayğı ilə müqayisədə qazanılan nəticələrin mütənasib olmadığını vurğulamış, sənəd verən məzunlardan heç biri ali məktəblərə qəbul olunmayan Yuxarı Kalunxür, Köhnə Xudat, Avaran kənd tam orta məktəblərinin, məzunlardan heç biri ali məktəblərə sənəd verməyən Kuzun və Sudur kənd tam orta məktəbinin redaqoji kolletivlərinin fəaliyyətlərində dönüş yaradacaqlarına ümid bəslədiyini bildirmişdir:-Bəzi məktəb rəhbərləri, müəllimlər" orta məktəbin vəzifəsi tələbə yetişdirmək deyil"-deyə öz fəaliyyətsizliklərini sığortalamaq istəyirlər. Bu, kökündən yalnış mövqedir. Bu gün təhsilimizə, iqtisadiyyatımıza savadlı, ali təhsilli kadrların tələb olunduğu vaxtda belə mövqedən çıxış etmək yolverilməzdir. Səksən, yüz nəfər müəllimin il ərzində fəaliyyətinin son nəticəsi olmursa, buna nə ad vermək olar?

Rayon rəhbəri pedaqoji kollektivlərdə bütün bu məsələlərin diqqətlə araşdırılaraq uğurlar üçün daha möhkəm bazanın yaradılacağına, rayonun təhsil ictimaiyyətinin təhsil nazirliyinin mütərəqqi təşəbbüslərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirmişdir.

Konfransda iştirak və çıxış edən təhsil nazirliyinin məsul əməkdaşı İsmayıl müəllim Sadıqov qarşıdakı tədris ilində təhsil sistemində tətbiq ediləcək yeniliklər barədə geniş məlumat verməklə yanaşı rayonun bu sahədə göstəricilərinin təhlilini də verdi. O qeyd etdi ki, bir çox məktəblərdə müəllim çatışmazlığı müşahidə edildiyi halda, bir sıra təhsil ocaqlarında müəllimlərin dərs yükü azdır.

Qusar RİH-nin başçısı Şair Alxasov orta məktəbi qızıl medalla bitirən, eləcə də yüksək bal toplamaqla tələbə adını qazanmış gənclərə, idman yarışlarında uğur qazanan məktəblilərə qiymətli hədiyyələr təqdim etdi, xatirə şəkli çəkdirildi.

Konfransı yekunlaşdıran rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev səslənən tənqidi fikir və təkliflərin diqqətlə araşdırılacağını, rayonun təhsil işçilərinə ölkə və rayon rəhbərliyi tərəfindən göstərilən böyük etimadın doğruldulması üçün səylərin gücləndiriləcəyini bildirdi.   

.

www.qusarpress.com

.

Maybe you are interested in:

Maliyyə Nazirliyi dövlət büdcəsindən çoxsaylı mənimsəmələr aşkarlayıb

MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!

FONDUN NÖVBƏTİ İŞGÜZAR FORUMU

ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK

Moskvada Ləzgi dili məktəbi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz