Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Novruz bayramı süfrəsi 38% bahalaşıb

 

2016-cı ildə Azərbaycanda Novruz bayramı süfrəsi 38% bahalaşıb.

Əgər 2015-ci ildə 4 nəfərlik orta statistik ailənin bayram süfrəsi 60 manata başa gəlirdisə, bu il 83 manatadək artıb. Bu, orta statistik ailə üçün müəyyən edilmiş 526 manat həcmində yaşayış minimumu məbləğinin 15,7%-ni təşkil edir.

Ötən il yaşayış minimumu 496 manat, bayram süfrəsi isə bu məbləğin 12%-ni təşkil edib.

Turan agentliyi bayram süfrəsi məhsulları səbətinin hazırlanmasında ənənəvi olaraq 22 məhsulu götürüb: ət, düyü, yağ, yumurta, şirniyyat, ədviyyat və s.

Əhalinin hansı hissəsinin az büdcə vəsaitindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir. Çünki yoxsulluğun səviyyəsi barədə rəsmi statistika inamsızlıq doğurur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yoxsulluq 5% təşkil edir. Lakin Azərbaycan hökuməti və Dünya Bankının çərçivə sazişinə görə, 2020-ci ildə çalışan əhali strukturunda orta sinif seqmentinin indiki 4%-dən 30%-dək artırılması proqnozlaşdırılır.

Əgər orta sinif 4% təşkil edirsə və əhalinin zəngin təbəqəsi  də bir o qədərdirsə, o zaman əməkqabiliyyətli vətəndaşların qalan hissəsini hara aid etmək lazımdır? Dünya Bankının proqnozunun tərtib edilməsindən sonra əhalinin sosial vəziyyəti daha da pisləşib. Bu barədə ticarətçilər öz təəssüratları ilə bölüşürlər. "Alver getmir, adamlar ancaq zəruri şeyləri, həm də az miqdarda alır. Böhrandır”, - quru meyvə satan Məmməd məyusluqla bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır

Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək

Avropa Oyunlarının bağlanış mərasimi dövlət büdcəsinə 140 mln. manata başa gələcək

Azərbaycan-Rusiya ticarət əməkdaşlığının qaranlıq tərəfləri

Dagestani poet Bayram Salimov dies

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz