Federal lәzgi
milli-mәdәni muxtariyyәti

HƏR İŞ VAXTINDA, ZAMANINDA DOĞRUDUR

 
Gənclər Evində Beynəlxalq Ailə Günü münasibətilə "Erkən nikahlara yox deyək" mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.
Qusar Rayon İcra Hakimiyyəti ilə YAP Qusar Rayon Təşkilatı Qadınlar Şurasının Beynəlxalq Ailə Günü münasibətilə mayın 14-də keçirdikləri bu tədbirə əsasən gənclər dəvət olunmuşdular. YAP Qusar Rayon Təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Qlıçova tədbirdə giriş sözü ilə çıxış edərək ailənin cəmiyyətin və Azərbaycan dövlətinin təməli olduğunu qeyd etmiş və bu gün dünyada, xüsusən şərqdə aktuallıq kəsb edən erkən nikahlar və onların neqativ cəhətləri barəsində danışmışdır. Tədbirdə iştirak edən rayon mərkəzi xəstəxanasının həkimi Yelena Tağıyeva, şəhər 1 saylı orta məktəbinin müəllimi Rəna Cəfərova, rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Sevil Dəmirova, Qusar Bələdiyyəsinin sədr müavini Zalikə Qayibxanova, YAP Qusar Rayon Təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov öz çıxışlarında erkən nikahların törətdiyi fəsadların və xoşagəlməz nəticələrinin cəmiyyətin özülü sayılan ailələrə təsiri, qadınlarda, oların dünyaya gətirdikləri yeni nəsildə törətdiyi fizioloji və psixoloji problemlər, belə halların qarşısının alınması yolları barəsində danışmışlar. Natiqlər ümumillikdə bu problemin aradan götürülməsi üçün cəmiyyətdə ailə modelinə münasibətlə bağlı düşüncənin dəyişdirilməsinə, təhsil, din və digər sahələrdə bu məsələ ilə bağlı maarifləndirmə işlərin aparılmasına ehtiyac olduğunu vurğulamışlar.

.

gusarpress.com

.

Maybe you are interested in:

BU “QONAĞA” YERİMİZ YOX

“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Dama üzrə rayon birinciliyi keçirildi

Mini futbol üzrə rayon birinciliyi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz