Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakı ATƏT DTİHB-ni həm ittiham edir, həm də seçkilərə dəvət edir

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini siyasiləşdirir, halbuki ki, buna səlahiyyəti yoxdur. Bu ittihamla Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib. 

"İcraçı orqan olan, v səlahiyyəti və mandatı olmayan DTİHB siyasi qərar qəbul edib. Bu, ondan xəbər verir ki, DTİHB rəhbərliyi müəyyən dairələrin təsiri altında texniki məsələni – seçkilərə müşahidəni  məqsədyönlü şəkildə siyasiləşdirir”, - o bildirib.

H.Hacıyevin sözlərinə görə, bu, seçkilərdən sonra Azərbaycana qarşı "əsassız ittihamlar”ın irəli sürülməsi məqsədilə edilir.

Lakin ATƏT DTİHB seçkilərin monitorinqində iştirak etməsə seçki prosesi haqqında fikir bildirməyə əsası olmayacaq, - o hesab edir.

Sonda H.Hacıyev bildirib ki, seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə öncə göndərilən dəvət qüvvədə qalır.

Xatırladaq ki, ATƏT DTİHB seçkilərin monitorinqinə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərməyi planlaşdırıb. Lakin Bakı bildirib ki, yalnız 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul edə bilər.

Bundan əlavə, DTİHB imtinanı rəsmi Bakının onun əvvəlki tövsiyələrinə məhəl qoymaması ilə əlaqələndirib.

"Müşahidəçilərin sayının məhdudlaşdırılması missiyanın seçkiləri effektiv müşahidə etməsini mümkünsüz edər”, - DTİHB-nin direktoru Georq Link bildirib.

"Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayının azaldılmasına israr etməsi ölkənin ATƏT çərçivəsində öhdəliklərinə və ATƏT-in seçkilərin monitorinqi üzrə mandatına ziddir”, - o əlavə edib. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinə skeptik yanaşır

Əli Həsənov Dövlət Departamentinin seçkiyə münasibətini şərh edib

İ.Santos: Azərbaycanda seçkilər ərəfəsində azadlıqların pozulması həddindən artıq acınacaqlı haldır

Elmar Məmmədyarov ATƏT DTİHB-dən şikayət edib

ATƏT DTİHB: Seçkilərin monitorinqi hər zamanki kimi obyektiv olacaq

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz