ATƏT DTİHB: Seçkilərin monitorinqi hər zamanki kimi obyektiv olacaq
Parlamentin vitse-spikeri Bahar Muradova çərşənbə günü ATƏT DTİHB-nin direktoru Mixael Linki qəbul edib, xəbəri Milli Məclisin mətbuat xidməti yayıb.
Mənbənin məlumatına görə, Muradova Bakıda ATƏT və onun müvafiq qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini bildirib.
Daha sonra o deyib ki, bu münasibətlər "beynəlxalq aləmdə mövcud reallıqlara” əsaslanmalıdır.
Onun sözlərinə görə, ATƏT-in bir çox dəyərləri Azərbaycanda "bərqərar olub”, Bakı isə "bu illər ərzində üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb”.
Daha sonra o, ATƏT-in müxtəlif institutları tərəfindən Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinin bir-birindən fərqlənməsi ilə bağlı narazılığını bildirib, onun sözlərinə görə, bu, "təşkilatın nüfuzuna mənfi təsir göstərir”.
Öz növbəsində, Mixael Link ATƏT DTİHB-nin seçkilərin monitorinqi üzrə fəaliyyətinin müəyyən prinsip və standartlara əsaslandığını qeyd edib. Onlar obyektiv qiymət verilməsi məqsədilə bütün fikirlərin nəzərə alınmasını, bütün müşahidələrin və faktların təhlilini nəzərdə tutur.
Bu məsələ ATƏT DTİHB və AŞPA nümayəndələrinin görüşlərində müzakirə olunub. Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqi məhz bu şəkildə aparılacaq, deyə Link qeyd edib.
.
Maybe you are interested in:
ATƏT PA rəhbəri Azərbaycana gələcək
Elmar Məmmədyarov ATƏT DTİHB-dən şikayət edib