Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Elmar Məmmədyarov ATƏT DTİHB-dən şikayət edib

 

Azərbaycanda parlament seçkilərinin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi üçün zəruri tədbirlər görülüb və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şərait yaradılıb. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çərşənbə axşamı AŞPA-nən Azərbaycandakı vəziyyəti qiymətləndirmək üçün gəlmiş missiyasını qəbul edərkən bildirib.

Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilər ilə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər-hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır.

Nazir DTİHB-in mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-in üzv dövlətlərinə texniki dəstək göstərmək olduğunu xatırlatıb. O ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümidvarlığını bildirib. 

Qeyd edək ki, Bakının bu sayda müşahidəçiləri qəbul etməkdən imtinası məntiqsizdir.

Hakimiyyət daim seçkilərin demokratik və şəffaf keçirildiyinə inandırır. Belə olan halda onlar ATƏT DTİHB-nin mümkün qədər çox müşahidəçisinin bunu təsdiq etməsində maraqlı olmalıdır. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinə skeptik yanaşır

Əli Həsənov Dövlət Departamentinin seçkiyə münasibətini şərh edib

İ.Santos: Azərbaycanda seçkilər ərəfəsində azadlıqların pozulması həddindən artıq acınacaqlı haldır

Bakı ATƏT DTİHB-ni həm ittiham edir, həm də seçkilərə dəvət edir

ATƏT DTİHB: Seçkilərin monitorinqi hər zamanki kimi obyektiv olacaq

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz