Müsavat Partiyası həbs edilmiş hüquq müdafiəçisi T.Xasməmmədovun taleyindən narahatdır
Müsavat Partiyası həbs edilmiş hüquq müdafiəçisi Taleh Xasməmmədovu özünü öldürmə cəhdinə çatdırılmasını pisləyən bəyanat yayıb.
Partiya Xasməmmədov barəsində onu bu qədər təhlükəli addıma vadar edən qanunsuzluqların aradan qaldırılmasını tələb edib. Müsavat Xasməmmədovun və bütün digər siyasi məhbusların azad edilməsini tələb edir.
* T.Xasməmmədov fevralın 24-də Göyçay rayonunda xuliqanlıq ittihamı ilə həbs edilib. Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əfv olunub.
10 gün əvvəl o, aclıq aksiyasına başlayıb. Orada damarlarını kəsib və iki gün əvvəl Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Xasməmmədovun kəsik yaraları olduğu barədə məlumatı təkzib edib.
.
Maybe you are interested in:
Müsavat hakimiyyəti Avropa Oyunlarının boykotu ilə hədələyir
Leyla Yunus mülki həkimlərin tibbi müayinəsindən imtina etdi