Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Beynəlxalq QHT jurnalistlərin dəstəklənməsi üzrə Platformaya qoşulur

 

Jurnalistləri Müdafiə Komitəsi və Senzura İndeksi Avropa Şurasının 2015-ci ildə buraxdığı jurnalistikanın müdafiəsi və mətbuatın təhlükəsizliyi Platformasına qoşulublar.

Müvafiq sənəd çərşənbə axşamı Strasburqda sözügedən təşkilatların nümayəndələrilə AŞ baş katibi Törnbörn Yaqland arasında imzalanıb.

"Jurnalistlərə qarşı təhlükənin olması reallığı böyükdür. Bizim platforma o deməkdir ki, biz jurnalistlərə qarşı konkret təhdidləri qəbul edə bilərik və onları hökumətlərlə müzakirə edə, birgə tədbirlər görə bilərik. Bizim artıq yaxşı nümunələrimiz var”, - sənəddə  qeyd olunub.

Belə ki, 2015-ci ilin aprelindən Platforma 21 dövlətdə 84 fakt qeydə alıb – jurnalistlərlə bağlı 25 həbs və hücum, 21 saxlanma və həbs, 16 təqib, təhdid və işgəncə, mətbuat azadlığına əngəl törədən hərəkətlər.

Hazırda Platforma iştirakçıları bunlardır: Article 19, Avropa Jurnalistləri Assosiasiyası, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası və Sərhədsiz Reportyorlar.

Platforma həmin təşkilatlara öz fəaliyyətlərini koordinasiya etməyə, təhlükələr barədə Avropa Şurasını məlumatlandırmaya imkan verir.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan ifadə azadlığı pozuntularına görə tənqid edilib

HRW və CPJ Avropa Olimpiya Komitəsini Bakıya qarşı qətiyyətli münasibət göstərməyə çağırıblar

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

Avropa Şurası jurnalistlərin müdafiəsi üzrə İnternet-platforma yaradır

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz