Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan ifadə azadlığı pozuntularına görə tənqid edilib

 

Strasbuqrda keçirilən konfransda Azərbaycanın adı Türkiyə, Rusiya və Macarıstanla birlikdə mətbuat azadlığının ciddi şəkildə pozulduğu ölkələr arasında çəkilib.

Bu gün açılan konfrans Avropa Şurası tərəfindən təşkil edilib və ifadə azadlığına həsr edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünası Qana Yudkivska öz çıxışında jurnalist Xədicə İsmayılovanın həbsini xatırladıb.

"Media Legal Defence Iniciative”dən Nani Yansen də Xədicə İsmayılovanın işinə diqqət çəkib. Jurnalistin hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdığına görə həbs edildiyini qeyd edib.

"Prokurorluq İnternetdə onun intim həyatından kadrların yayılmasını və şəxsi həyatına müdaxiləni araşdırmayıb. Təzyiqə və qarayaxma kampaniyasına təslim olmadıqdan sonra o, uydurma ittihamlarla həbs edilib”.

Tədbirdə iştirak edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Anar Bağırov tənqiddən və Azərbaycanın adının tez-tez mənfi formada yad edilməsindən narazılığını bildirib. O, rəsmi Bakının ölkədə mətbuat azadlığının təmin edilməsi, əhalinin 70%-nin İnternetə çıxışı olduğu haqqında məşhur mövqeyini təkrar edib. Jurnalistləri isə, Bağırovun sözlərinə görə, konkret cinayətlərə görə təqib edirlər.

Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini Müşfiq Ələsgərli də təxminən bu məzmunda çıxış edib, Azərbaycanın tez-tez mənfi planda yad edilməsindən narazılığını bildirib. Onun sözlərinə görə Azərbaycanın tənqidçiləri birtərəfli və qərəzli informasiyadan istifadə edir.

"Sərhədsiz reportyorlar”ın rəhbəri Kristof Deluar AŞ-ın jurnalistlərin müdafiəsi üçün nə edə biləcəyi haqqında danışarkən jurnalistlərin müdafiəsi üzrə xüsusi məruzəçi təyin edilməsi zərurətini qeyd edib.

Forumun digər iştirakçıları bu ideyanı dəstəkləyiblər, problemli ölkələrdə tənqidin və monitorinqlərin qərəzlilik göstəricisi olmadığını, problemlərin tədqiq edilməsi və həlli məqsədinə xidmət etdiyini qeyd ediblər.

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!

Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz