Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Azadlıq” radiosunun rəhbəri radioya qarşı ittihamları əsassız adlandırır

 

"Azadlıq” radiosuna qarşı ittihamların, eləcə də Xədicənin həbs müddətinin uzadılmasının heç bir əsası yoxdur”, - "Azad Avropa” və "Azadlıq” Radioları Korporasiyasının yaydığı bəyanatda bu fikirləri radionun baş redaktoru Nenad Pejic bildirib.

Nəsimi Rayon Məhkəməsi radionun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın həbs müddətini daha 2 ay uzadılması haqda  qərar verib. N.Pejic  "Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətinin, yayımının qanuni olduğunu, bununla bağlı dövlət orqanlarının verdiyi sənədlərin olduğunu söyləyib. O, radionun vergi, maliyyə sənədlərinin qaydasında olduğunu, amma hüquq-mühafizə orqanlarının bunu ört-basdır etməyə çalışdıqlarını nəzərə çatdırıb. "Bütün ittihamlar ləğv edilməli və Xədicə dərhal azad edilməlidir”, - radionun rəhbəri qeyd edib.

N.Pejic hüquq-mühafizə orqanlarının radionu, o cümlədən Bakı bürosunun sabiq rəhbəri X.İsmayılı vergidən yayınmada, qanunsuz biznes fəaliyyəti və səlahiyyətdən sui-istifadədə ittiham etməsinə də toxunub. X.İsmayılın Nəsimi Rayon Məhkəməsində yarım saat çıxış edərək ona qarşı irəli sürülən ittihamları saxta adlandırmasına diqqət çəkib. Beynəlxalq hüquq müdafiə təşkilatlarının bu həbsi Azərbaycanda müstəqil fəal jurnalistlərin susdurulmasına cəhd kimi qiymətləndrməsinə toxunub.

N.Pejic X.İsmayılın vəkillərinə isnadən "Azadlıq” radiosuna qarşı saxta ittihamları  son 7 ildə radio ilə əməkdaşlıq etmiş istənilən şəxsi qanunsuz biznes fəaliyyətində ittiham etmək üçün zəmin yaradılmasına xidmət kimi dəyərləndirib.

X.İsmayıl ötən il dekabrın 5-də həbs edilib. Onu ilk öncə həmkarını intihar həddinə çatdırmaqda suçlayıblar. "Azadlıq” radiosunun Bakı bürosu isə dekabrın 26-da möhürlənib.

.

contact.az

.

Maybe you are interested in:

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq”da axtarışı pislədilər

“Azadlıq radiosu”nun rəhbəri Azərbaycan bürosuna qarşı əməlləri pisləyib

“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz