Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Konqresmen Engel Azadliq Radiosuna hucum hagda

 
ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü, konqresmen Eliot L. Engel Azərbaycan hakimiyyəti tərəfindən AzadlıqRadiosunun Bakı bürosuna keçirilmiş reyd və əməkdaşların dindirilməsi haqqında bəyanatla çıxış edib.

"Mən AzadlıqRadiosu və onun heyətinə qarşı Azərbaycan hökuməti tərəfindən yol verilmiş hərəkətlərdən dərin narahatlıq keçirirəm. Mətbuat azadlığı demokratiyanın məhək daşıdır və AzadlıqRadiosu Avropa boyunca həmişə bütöv nəsillər üçün eitibarlı, qərəzsiz xəbər və informasiyaların mənbəyi olub. AzadlıqRadiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb” – deyilir bəyanatda.

Konqresmen Eliot L.Engel daha sonra deyib:

"Azərbaycan Rusiya və İranla həmsərhəd mühüm strateji ölkə olmaqla yanaşı enerji ehtiyatlarının aparıcı təchizatçısıdır. Sözü gedən hərəkətlərin davam etməsi Azərbaycanda demokratiyaya yalnız xələl gətirə bilər. Mən Bakıdakı liderləri AzadlıqRadiosunun öz işini bərpa etməsinə imkan yaradılmasına və radionun əməkdaşlarına qarşı təqiblərin dayandırılmasına çağırıram”.

.

contact.az

.

Maybe you are interested in:

XİN ABŞ tərəfindən sanksiya təhlükəsinə zəif cavab verib

16 senator Əliyevə məktub yazdı: "Siyasi motivli həbslər..."

“Azadlıq” radiosu Con Kerri ilə İlham Əliyevin telefon danışığından sonra bağlanıb

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

“Azadlıq radiosu”nun rəhbəri Azərbaycan bürosuna qarşı əməlləri pisləyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz