Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

 

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambiridis Azərbaycan hökumətinin dəvətilə fevralın 23-də Bakıya gəlir.

Bununla əlaqədar Human Rights Watch və Front Line Defender beynəlxalq hüquq-müdafiə təşkilatları onu siyasi motivlərlə həbs olunmuş onlarla fəalı və jurnalisti azad etməyə çağırmağa səsləyiblər.

"Aİ-nin insan hüquqları üzrə aparıcı səsi -Lambiridisin səfəri Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı kampaniyaya son qoymağa, uydurma ittihamlarla həbs olunmuş onlarla fəal və jurnalisti azad etməyə  çağırmaq üçün nadir şanslardan biridir”, - Front Line Defenders təşkilatının direktoru Meri Lauor bildirib.

"İnsan hüquqları ilə bağlı yaranmış vəziyyətin Aİ ilə münasibətlərin dərinləşməsinə əngəl törətdiyini açıq şəkildə bəyan etməyin vaxtı çatıb”, - o vurğulayıb.

Bəyanatda həmçinin deyilir ki, illərdir ki, hökumət tənqidi səsləri susdurur, jurnalistlərə və fəallara təzyiqlər göstərir. Son ildə uydurma ittihamlarla 30-dən çox hüquq müdafiəçisi, fəal, vəkil, jurnalist və bloger həbs olunub.

Bəyanat müəllifləri Lambiridisi həbsdə olan şəxslərlə, o cümlədən Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev və Xədicə İsmayılova ilə görüşməyə çağırırlar.

"Azərbaycanın aparıcı fəalları və müxalifətçiləri ümid edirlər ki, Aİ öz prinsiplərini müdafiə edəcək. Səsləri susdurulanlar isə Lambiridisin onların əvəzindən danışacağını gözləyirlər”, - bəyanatda vurğulanır.

.

contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz