Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Böyük Britaniya səfiri XİN-ə çağırılıb

 

İyulun 1-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xarici İşlər Nazirliyinə dəvət olunub. XİN rəhbərinin müavini Xələf Xələfov Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutununun Qarabağ separatçılarının lideri Bako Saakyanı Londona dəvət etməsi ilə bağlı qəti etirazını bildirilib.

Azərbaycan XİN-in məlumatında deyilir ki, bu kimi hallar Azərbaycan və Böyük Britaniya arasındakı dostluq və strateji münasibətlərin ruhuna uyğun deyil, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Öz növbəsində səfir Siddiq bildirib ki, Böyük Britaniya Dağlıq Qarabağdakı rejimi tanımır və onunla heç bir əlaqəsi yoxdur. O, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb. 

Bundan əlavə, Azərbaycanın Londondakı səfirliyi Azərbaycan tərəfinin etiraz məktubunu Böyük Britaniya XİN-ə təqdim edib.

Böyük Britaniya XİN-in cavab məktubunda qeyd olunur ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.

Məktubda separatçı rejimin rəhbərinin Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.

.

contact.az

.

Maybe you are interested in:

Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib

Rusiya Böyük Mason Lojasının Ali ustadı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

İrfan Siddiq: Britaniyalı jurnalistlərin Avropa Oyunlarına buraxılmaması biabırçı haldır

Azərbaycan G20 sammitinə hazırlıq görüşündə iştirak edəcək

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz