Federal lәzgi
milli-mәdәni muxtariyyәti

BP azərbaycanlı siyasi məhbusların müdafiəsinə qalxacaqmı?

 

Leyla Yunusun ailəsi Britaniya hökumətinə və BP şirkətinə müraciət edib. Bu barədə Britaniyanın  The Telegraph qəzeti yazıb.

" Leyla  həbsxana gözətçisi tərəfindən döyülüb, saçından sürülüb və daimi psixoloji işgəncələrə məruz qalıb. Mən BP və Britaniya hökümətini bu məsələyə münasibət bildirməyə, Leyla və qardaşım da daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökümətinə təzyiq göstərməyə çağırıram”, - Ramiz Yunus qəzetə bildirib.

The Telegraph qeyd edir ki, L.Yunus şəkər, hepatit və görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkir. L.Yunusun əri, bu ilin əvvəlində hipertonik kriz keçirmiş A. Yunus isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Qəzetin yazdığı kimi, BP-nin sponsorluğu ilə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ərəfəsində Azərbaycan hakimiyyəti  "müxalifətin axırına çıxmaq” niyyətindədir.

Onların Amsterdamda yaşayan qızları Dinara qəzetə bunları söyləyib: "İqtisadi maraqlar insan haqlarından daha vacibdir? BP Azərbaycan hökümətini siyasi məhbuslarla bağlı addım atmağa çağırsa bu, BP-yə hörməti artırar və onun etik şirkət olduğunu göstərər".

O hesab edir ki, BP siyasi məhbusların dərhal və şərtsiz azad edilməsinə çağırmalıdır. "Belə bir addım atmaq üçün BP kifayət qədər qüdrətlidir”, - D.Yunus bildirib.

The Telgraph qeyd edir ki, Azərbaycanda müxalifət əleyhinə kampaniya yay aylarında pik həddinə çatıb. Avqustda hüquq müdafiəçilər Rasul Cəfərov və  İntiqam Əliyev həbs olunublar, Naxçıvanda fəal İlqar Nəsibov vəhsicəsinə döyülüb.

Öz növbəsində BP qəzetə şərhində qeyd edib ki, "harada çalışdığından asılı olmayaraq insan haqları və insan ləyaqətinə hörmət göstərilməsinə davamlı şəkildə sadiqdir”. "İnsan haqlarının qorunması ilk növbədə Azərbaycan hökümətinin öhdəliyidir, biz bu sahədə onun müəyyən etdiyi qaydaları tətbiq etməyə hazırıq", - BP-nin nümayəndəsi vurğulayıb.

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif Yunus: “Mən susmayacam”

Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına köçürülüb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz