UNICEF-in regional direktoru Bakıya gəlir
Martın 16-da UNİCEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari Pyer Puarye Azərbaycana üçgünlük səfərə gələcək.
UNİCEF-in Bakı ofisinin məlumatında bildirilir o, cəmiyyətdən təcrid olunmuş uşaqların hüquqları məsələsini müzakirə edəcək.
Səfər zamanı UNICEF nümayəndəsi baş nazir, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, parlamentin vitse-spikeri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri ilə görüşəcək.
Mənbənin məlumatına görə, hazırda UNİCEF və Azərbaycan hökuməti arasında 2016-2020-ci illərdə yeni əməkdaşlıq proqramı üzərində iş gedir. Bu proqramda ən çox diqqət cəmiyyətdən təcrid olunmuş uşaqlara yönəlib.
.
Maybe you are interested in:
ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub
UNICEF regional director to visit Azerbaijan
Britaniyalı nazir Bakıya səfər edəcək