Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT rəhbəri Bakıda Qarabağ tənzimlənməsini müzakirə edib

 

Serbiyanın XİN rəhbəri və ATƏT-in hazırki sədri İvitsa Daçiç bu gün Bakıda Elmar Məmmədyarovla Qarabağ tənzimlənməsi məsələlərini müzakirə edib.

"Təbii ki, biz Qarabağ tənzimlənməsinə toxunduq, Azərbaycanlı əsirlərin azad edilməsi imkanlarını və bu məsələnin cənab Daçiçin Yerevana səfəri zamanı qaldırılması zərurətini müzakirə etdik”, deyə Məmmədyarov danışıqların başa çatmasından sonra keçirilən brifinqdə bildirib.

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərə toxunan Məmmədyarov deyib ki, hər iki ölkənin siyasi, iqtisadi və digər sahələrdə möhkəm əlaqələri var.

Tərəflər həmçinin viza rejiminin sadələşdirilməsi və Belqradla energetika sahəsində əməkdaşlğın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, iyunun 2-də Daçiç Tbilisidə danışıqlar aparacaq, ayın 3-də isə Yerevanda olacaq.

.

contact.az

.

Maybe you are interested in:

Gürcüstan və Azərbaycan əməkdaşlığı möhkəmləndirir

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb

Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz