Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusar ləzgilərin gələcəyi necə olacaq

Ləzgi qardaşın vətənə səfər təəssüratları

Nəhayət illər sonra yenidən doğma vətənim olan Qusara səfər etdim. İlk növbədə Bakı-Qusar yolunun gözəlliyi və təmizliyini qeyd etmək istərdim. Bakının gecə gözəlliyi isə məni heyran etdi – çox gözəl, təmiz, parlaq və işıqlı, əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhərə gedən yol. "Eurovision 2012” zamanı Bakıda səfərdə olan mənim avropalı dostlarım da Bakı gecələrin çox işıqlı  olduğunu qeyd edərək, Azərbaycan hökümətinin şəhərin işıqlandırılmasına çox vəsaitin xərclənməsi haqqında danışırdılar. Həqiqətən, gecələr Bakı, sanki böyük bir məşəl, ətrafa işıq saçır.

 

Qusar, həmişə ki kimi, gözəl, təmiz və doğma idi. İlk bağışdan sanki heç deyişilməmişdir. Amma bir neçə gündən sonra doğma diyari tez tərk eləmək istədim. Şəhərdə gəzintidən sonra yaşanan hisslər çox kədərli idi. Buna səbəb isə avtobus, bazar, avtovağzal kimi insan çox olan yerlərdə ləzgi dilində danışanların sayının az olması idi.

 

Qusar ləzgi xalqın ən gözəl güşələrindən biridir. Amma bu torpağın ləzgilərə aid olduğunu göstərən amillər ildən ilə azalır. Bütün reklam qeydlərin, plakatların azərbaycan dilində olmasına çoxdan öyrəşmişik.

Amma demək olar ki, hər yerdə Azərbaycan dilini eşitmək - bu tezədir. Mən bunu dərhal hiss elədim, lakin yerli sakinlər görünür artıq buna da öyrəşiblər. Orada olarkən bunun səbəblərini aydınlaşdırmağa çalışdım.

Əlbətdə ki, ilk növbədə bu Azərbaycanın ləzgilərə qarşı uzun müddət aparılan sərt siyasətin nəticəsidir. Lakin, onu qeyd eləmək lazımdır ki, buna görə yalnız dövlət siyasətini günahlandırmaq düzgün deyil. Bəzi problemlərin həllinə yalnız xalqın iradəsi və gücü lazımdır.

Qusarlı ləzgiləri anadangəlmə poliglot adlandırmaq olar. Demək olar ki, hamımız erkən uşaqlıqdan dörd dildə danışırıq: doğma ləzgi, rus, azərbaycan və türk.

Və Qusara ləzgi dilində danışmayan adam gələndə, yerli insanlar onunla başqa dildə danışırlar, xüsüsəndə azərbaycan dilində, cünki məhz azərbaycanlılar tez-tez şəhərimizə qonaq gəlir, və indi hətta şəhərimizin sakinləri olublar.

Və nəticədə bir azərbaycanlıya görə bütün ləzgi cəmiyyəti azərbaycan dilində danışır. Bu nəinki böyüklər, hətta uşaqlar arasında baş verir. Həyətdə oynayan uşaqları azərbaycan dilində danıraşkən görəndə, onlara sual verdim ki niye onlar ləzgi dilində danışmırlar. Cavabı isə belə oldu: "Nicat ləzgi dilini bilmir, o azərbaycanlıdır.” Öyrəndim ki Nicat tezə qonşumuzdur. İndi Nicata görə həyətdə oynayan uşaqlar azərbaycan dilində danışırlar.

Eyni problem millətlərarası, bizim halda bu ləzgi-azərbaycan nikahlar nəticədə də yaranır. Azərbaycanlılar ləzgi dilini bilmədiyinə görə bütün ailə mərasimlərində, və ümumiyyətlə hətta evdə belə ləzgi tərəf azərbaycan dilində danışmağa məcbur olur.

Və belə ailələrdə uşaqlar da azərbaycan dilində danışırlar, hətta çox hallarda ləzgi dilini belə başa düşmürlər. Belə hallar ləzgi xalqın assimilyasiyasına getirib çıxardır.

Əlbətdə ki, buna səbəb olan xarici amillər də var və bizim bunları deyişməyə gücümüz yoxdur. Amma digər millətlərin nümyendələri ilə ailə qurmağı bizi heç kes məcbur edə bilməz. Bu bizim öz şəxsi seçimimizdir. Və bunun nəticəsi onsuzda çətin vəziyyətdə olan xalqımız üçün fəlakətli ola bilər.

Bu mövzü həm də çayxanalarda yerli oğlanlar arasında da geniş müzakirə olunurdu. Yeri gəlmişkən, "çayxana” haqda onu qeyd eləmək istəyirəm ki, bu dağlı xalqlara xas olmayan, çay içmək bəhanəsi ilə bir yerdə toplanıb başqa insanları müzakirə etmək, daha dəqiq desək, dedi-qodu etmək vərdişidir.

Bir kişi olaraq dedi-qodu edilən yerdə oturmaq mənim üçün xoşaqəglməz idi. Amma yerlilərimin bu fikirlərini eşitmək üçün bir neçə saat orada oturdum.

Və qeyd elədiyim kimi, oğlanlar arasında yerli ləzgi qızların azərbaycanlılara erə getməsi mövzusu geniş müzakirə olunurdu. Oğlanlar buna səbəb olaraq işsizliyini göstərdilər.

 

Yerli oğlanların nə işi var, nə pulu. Və bəzi yerli qızlar pullu bakılı oğlanlar ilə ailə qurmağı üstün tuturlar. Nəticədə, biz qadınlarımızı itiririk.

Digər dağlı xalqlarda, əsasən vaynaxlarda, digər millətin nümayendəsi ilə ailə qurmaq, yumşaq desək, yaxşı qarşılanmır. Nə pul, nədə sərvət vaynaxları belə evlilik haqda düşünməyə belə təkan vərə bilməz.

Təəssüf ki, Azərbaycanda daimi yaşayan və respublikadan kənarda olmayan ləzgilər əsasən bu baş verənlərinin ciddiliyini başa düşmürlər. Onların çoxusu ləzgi xalqın tarixini bilmirlər, və digər dağlı xalqların necə yaşadıqlarını və öz mədəniyyət və adət-ənənələrinə nə qədər dəyər veridyini bilmirlər.

Vəziyyət o qədər kədərlidir ki, hətta Bakıda yaşayan ali təhsilli ləzgidən "Bu Azərbaycan torpaqlarıdır və biz ləzgilər buraya Dağıstandan gəlmişik” sözlərini eşitdim.

Biliyin olmamaması nəticəsində belə insanlar, ləzgi xalqını assimilyasiya etmək məqsədi ilə söylənilən yalanları həqiqət kimi qəbul edirlər. Mən belə ləzgiləri günahlandırmıram, onlar sadəcə Azərbaycanın ləzgilərə qarşı uzun illər aparılan siyasətin qurbanlarıdırlar. Və bütün bunlar, beynəlmiləlçilikdoğma mədəniyyət, dil və əcdadlarımızın xatirəsindən uca tutan  ləzgi xalqın, onun ziyalıların, yaşlı nəslin dinməz razılığı ilə baş verir.

Marat Mamedov 

.

.

Maybe you are interested in:

Ləzgi mədəniyyətinin fəxri

Madridin Ləzgi ulduzu

DOĞMA KƏND HAQQINDA

MİLLİ QURTULUŞDAN BAŞLANAN YÜKSƏLİŞ

MƏŞƏL ÖLKƏNİ DOLAŞIR

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz