MİLLİ QURTULUŞDAN BAŞLANAN YÜKSƏLİŞ
Rayonumuzda 15 iyun-Milli Qurtuluş Günü qeyd olundu
-15 iyun-Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.
Bu sözləri iyunun 12-də Heydər Əliyev Mərkəzində bu əlamətdar bayram münasibətilə keçirilən təntənəli tədbirdə Qusar RİH-nin başçısı Şair Alxasov səsləndirmişdir.
Tədbir iştirakçıları əvvəlcə mərkəzdəki meydanda ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
Təntənəli mərasimdə Qusar RİH-nin başçısı Şair Alxasov qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Mərhum prezidentin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur.
Natiq vurğulamışdır ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun söz sahibi olan ölkəsi kimi nüfuzunu yüksəldir. Heydər Əliyevin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.
Rayon rəhbəri paytaxtımızda start götürən möhtəşəm I Avropa Oyunlarını Qurtuluşun növbəti zəfəri olduğunu vurğuladı, bütün qusarlıları bu əlamətdar gün münasibətilə təbrik etdi.
İyunun 13-də Qusar şəhərinin general Mahmud Əbilov adına mərkəzi meydanında Milli Qurtuluş Günü ilə bağlı musiqi kollektivlərinin ifasında konsert verildi.
.
Maybe you are interested in:
MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!
SAĞLAMLIQ KEŞİKÇİLƏRİNİN BAYRAMI
MEŞƏNİN TƏMİZ SUYU KƏNDƏ GƏTİRİLDİ