Federal lәzgi
milli-mәdәni muxtariyyәti

SAĞLAMLIQ KEŞİKÇİLƏRİNİN BAYRAMI

 

Tibb işçilərinin peşə günu münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Xəstəxananın iclas salonunda davam edən mərasimdə MRX-nın baş həkimi Mübariz Zeynalov həmkarlarını peşə bayramı münasibətilə təbrik etdi, ulu öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışdı, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açdı.

Natiq bildirmişdir ki, bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Açılışında dövlət başçımızın iştirak etdiyi belə tibb müəssisələrindən biri indi rayon sakinlərinin xidmətindədir.

MRX ilə yanaşı rayonun 2 kənd sahə xəstəxanasında,19 həkim məntəqəsi və 38 tibb məntqəsində çalışan 850 nəfər səhiyyə işçisi əhalinin sağlamlığı keşiyində sayıq dayanıb.

Əhalinin sağlamlığını hər şeydən üstün tutan ölkə başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının, o cümlədən qusarlıların da növbəti pulsuz tibbi müayinədən keçirilməsi təmin olunub.

Tədbirdə çıxış edənlər ürək sözlərini və təbriklərini söyləmiş, səhiyyə sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Ziyafət stolu arxasında keçən tədbirdə səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə fəxri fərman və hədiyyələr təqdim edildi.

Həmkarları ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medallı ilə təltif olunmuş xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin müdiri Mühübəli Cəfərovu təbrik etmişlər.

.

gusarpress.com

.

Maybe you are interested in:

MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!

TƏHSİL HƏR BİR XALQI ÖZ MİLLİ HƏDƏFLƏRİNƏ DOĞRU APARAN YOLDUR

HƏRBİ XİDMƏTƏ-YÜKSƏK ƏHVAL-RUHİYYƏDƏ

MİLLİ QURTULUŞDAN BAŞLANAN YÜKSƏLİŞ

MƏŞƏL QUSARI NURA BOYADI

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz