Federal lәzgi
milli-mәdәni muxtariyyәti

DOĞMA KƏND HAQQINDA

 
Yaşar Hacıyev, "Piral: qədim kəndin yeni tarixi haqqında oçerk", Bakı, 2015.
Məşhur bir mahnıda deyildiyi kimi Vətən doğma evin kandarından başlanır. Doğma evimiz isə doğma məhəlləmizdə, doğma məhəllə doğma kənddədir. Hər kəndin öz tarixi, öz taleyi var. Bəzən bu fərqləndirmənin əksinə olan, bunu "ayırma", "bölüşdürmə" adlandıranlara da rast gəlinir. Yəni "məndən haralısan soruşma!". Bu, yalançı vətənpərvərlik pafosundan başqa bir şey deyil. Heç bir ananı doğma anamız qədər sevə bilmədiyimiz kimi, kəndləri də eyniləşdirə bilmərik. Hərənin öz adətləri, xörəkləri, deyimləri, lətifələri, nəsilləri... olan kəndlər müxtəlifliyi ilə qiymətli və doğmadır. Bir sıra (Qusar, Əniğ, Çiləgir, Aşağı Ləgər və s.) kəndlərimiz haqqında kitablar çap olunub. Onların sırasına biri də əlavə olundu. Bu, müəllifi Qusar RİHB-in Riral İƏD yzrə nümayəndəsi Yaşar Hacıyev olan, "Piral: qədim kəndin yeni tarixi haqqında oçerk" kitabıdır. "Tarixçi, ədəbiyyatçı deyiləm.- yazır müəllif- Ziyalı, bu kəndin adi yetirməsiyəm. Hər bir şəxs tarixini, keçmişini bilməli, nəslini tanımalı, haradan gəlib, hara getdiyinin fərqində olmalıdır. Bu qeydlər Piral, onun nəsilləri haqqında məlumat kitabçasının yoxluğu üzündən yaranıb. Kəndimizdən onlarla alim, o cümlədən tarixçi çıxıb. Araşdırmalarımı, qeydlərimi son həqiqət hesab etmirəm. Onlarla razılaşmayanlar da ola bilər. Sadəcə, bu yöndə ilk addım atdım, kənd və nəsillərimiz qarşısında oğulluq borcumu yerinə yetirməyə çalışdım. İnanıram ki, gələcəkdə onu daha təkmiləşdirən, tarixi fakt və sənədləri əlavə etməklə sanballaşdıran ziyalı-alimlər olacaq. Unutmayaq ki, tarixini bilməyən gələcəyini görə bilməz.”

.

www.qusarpress.com

.

Maybe you are interested in:

Qusar ləzgilərin gələcəyi necə olacaq

Yeni dövrün Hacı Davudu

Qusarda yeni infrastruktur

Qafqaz albanları yenə türk adlandırıldı

Innovativ Ləzgi lüğəti

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz