Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Innovativ Ləzgi lüğəti

Yeni Ləzgi-Rus lüğət yaradıcısı ilə müsahibə

Heç kəsə sir deyil ki, dünyada və əsasən də Qafqazda baş verən dərin qloballaşma proseslərə baxmayaraq, son illər dağlıların doğma dillərə maraqı artır, gənclər arasında doğma dili öyrənmək istəyənlərin sayı artir.

Bu Dağıstan cəmiyyət üçün müsbət bir inkişaf haldır. Lakin, təəssüflər olsun ki, cəmiyyət dillərin öyrənilməsi üçün texniki alətlər və material ehtiyatlarının çatışmazlığı ilə üzləşib. Bu yaxınlarda biz Ləzgi-Rus electron lüğət yaradıcısı Zaur Ağamov ilə əlaqə saxladıq. Ləzgi elektron lüğətlər nisbətən uzun muddətdir ki var və onları ləzgilərin çoxusu və ləzgi dilini öyrənmək istəyənlər istifadə edirıər.

Zaur qardaş, özünüz haqqında bir az məlumat verin. Siz haralısınız? 

Mən özüm Mahacqala şəhərindənəm, amma 9 ildirki orada yaşamıram. 18 yaşimdan Sankt Peterburg şəhərində yaşayıram, 2 il bundan əvvəl Dubay şəhərinə köçdüm. Hal hazirda orada yaşayır və işləyirəm. Mənim ailəmin ata-baba kəndi Məhərəmxür şəhərin Qartas-Qazmalar kəndidir.

Zaur qardaş, electron lüğətini yaratmağa necə qərara gəldiniz?

Çalışdığım İT-şirkətinin öz Multillect tərcümə texnologiyasi var. Mən OS Android əsasında smartfonların inkişafı ilə məşğul oluram. Və mən fikir verdim ki, indiyə qədər heç kəs keyfiyyətli böyük söz bazası olan lüğəti yaratmayıb,Dağıstan dillərinin heç biri əhatə olunmayıb.  

Zəhmət olmasa layihə haqqında bizə məlumat verərdiniz

Hal hazırda Ləzgi lüğəti iki platform – Android və İOS (ayfonlar) üçün mobil proqramdır. Ayfon üçün proqram neşrə hazırlanır, amma hələ mövcud deyil. Proqramın əsas funksionallığı – sözün axtarışı, onun tərcümə və istifadə nümunələrinə baxışıdır. Hal hazırda ancaq Ləzgi-Rus istiqaməti var, lakin tezliklə Rus-Ləzgi istiqamətidə olacaqdır.  

Bu electron lüğətinin əsası kimi PDF formatında olan lüğət istifadə olunmuşdur. Belə lüğət hər hansı ləzgi saytlarından yükləyə bilərsiniz. Həmin faylın müəllifi ilə əlaqə saxlaya bilmədim, ona görə də lüğəti baza formatına döndərməli oldum, və buna da çox vaxt serf etmeli oldum.
Layihə üzərində axşamlar işdən gələndən sonra vaxtım olanda işləyirəm. 

Layihənin gələcək inkişafı haqqında nə deyə bilərsiniz?

Layihəni inkişaf etmək planlaşdırıram, lakin indi hər şəy mənim vaxtımdan asıllıdır. Mən istəyirəm ki, bütün təşəbbüskar adamlara imkan yaradım ki, hamı bu layihədə iştirak edə bilsin. Çünki bu yükü tək öz üzərimdə daşımağa gücüm və vaxtım çatmaz.Bu layihə mənə pul gətirmir, və heç kəs tərəfindən maliyyələşdirilmir. Bu layihə reklam olunmur və olunmayacaqdır. Bu layihə sadəcə akademik maraqdan irəli gəlir, dilimizin qorunub saxlanılması arzusu ilə yaradılmışdır. Əgər kiminsə hər hansı bir fikri, arzusu,təklifi və ya iradı varsa, buyurub mənə yaza bilərlər  zaur@agamov.ru .Mən böyük məmuniyyətlə hər kəsə cavab yazaram. 

Zaur, sizə uğurlar diləyirəm. Mən inanıram ki, bu, insanlar üçün faydalı layihənin həyata keçirilməsi üçün Ləzgi xalqın bir çox nümayəndələri, ziyalıları, gəncləri sizə yardım göstərəcəklər.

Murad Şihəhmədov, FLMMM-in müхbir kоrpusu

.

.

Maybe you are interested in:

Samur meşəmizi qoruyaq

Qusar ləzgilərin gələcəyi necə olacaq

Ləzgi mədəniyyətinin fəxri

Madridin Ləzgi ulduzu

Yeni dövrün Hacı Davudu

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz