Samur meşəmizi qoruyaq
Alipanah Osmanovun məqsədi
Bu yaxınlarda FLMMM-in qonağı iş adamı, ictimai xadim, 2015-ci ildə yaradılmış "Yaşıl Bayraq” ətraf mühitin qorunması üzrə Dağıstan regional ictimai təşkilatının rəhbəri Alipanah Osmanov oldu. Görüş zamanı o redaksiyamıza müsahibə verdi. Həmin müsahibədən bəzi fraqmentləri sizə təqdim edirik.
Alipanah Babayeviç, bizi ziyarət etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk, Sizinlə tanışlığımıza şadıq. Zəhmət olmasa, oxucularımıza özünüz haqqında bir az ətraflı məlumat verin.
Mən Məhərəmxür rayonun Kapir- Kazmayar kəndində anadan olmuşam. Doğma Dağıstanda texnikumu bitirdikdən sonra, mən Moskvaya gəldim və 1980-ci ildə K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını injener-mexanik ixtisası üzrə bitirdim. Sonra mən Moskva vilayətində traktor brigadasının brigadiri vəzifəsində işə başladım və Serpuxov rayonun aqrar-sənaye birliyinin baş mühəndisi vəzifəsinə qədər yüksəldim.
Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Moskva vilayəti Puşino şəhərində yaşayıram. Bu şəhərdə Rusiya Elmlər Akademiyasının bioloji tədqiqat mərkəzi yerləşir. Bundan əlavə, mən həm də Rusiya Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışmışam.
Dağıstan ekologiyasının qorunması üçün təşkilatın yaratması ideyası necə və nə zaman yarandı?
Doğma yurdumun etraf mühitin mühafizəsi haqqında çoxdan düşünürdüm. Təəsüf olsun ki, bəzi insanlar təbiətlə nə baş verdiyini hiss eləmirlər. Mən ildə 5-6 dəfə Dağıstana gəlirəm, və diqqətlə baş verən prosesləri öyrənirəm.
Hər dəfə Respublikaya gələndə görürəm ki, bu torpaq zir-zibil, məişət tullantıları altındadır.
Bundan əlavə, doğma yurdumda təbiət məhv olunur. Məsələn, Samur meşəsinin həyat mənbəsi samur suyudur, və əgər meşə bu sudan məhrum olarsa, meşə dərhal quruyacaq. Bu meşəni qorumaq mənim üçün şərəf məsələsidir.
Milli irsin qorunması üçün biz mübarizə aparmalıyıq. Bizim təşkilatımız Samur meşəsinin mühafizəsi üçün bütün hüquq vasitələrdən istifadə edəcək.
"Yaşıl Bayraq” təşkilatının əsas məqsədləri hansılardır?
Bizim əsas məqsədimiz yerlərdə ekoloji mədəniyyət və məktəblilərin vətənpərvərlik tərbiyəsini təşviq edən mədəniyyət və təhsil mərkəzlərinin yaradılması, məişət tullantılarınıntoplanması xarakterli problemlərdə əhalinin kütləvi iştirakın təşkili və gələcəkdə təbiətin əhalinin həyat qabiliyyətinin dağıdıcı təsirindən qorunmasıdır.
Hörmətli Alipanah Babayeviç, maraqlı müsahibəyə görə Sizə təşəkkürümüzü bildiririk. Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Sizə möhkəm cansağlığı, Yurdumuzun təbiətin qorunması işinizdə uğurlar arzulayırıq.
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
FƏXRİ ADA LAYİQ GÖRÜLDÜ
GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM
“Liderlər məktəbi” Məhərəmxür – 2015