Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Madridin Ləzgi ulduzu

Gənc pianoçunun həyat və yaradıcılıqı haqqında

 

 

Ləzgi xalqı həyatın müxtəlif sahələrində istedadlı insanlar ilə son dərəcə zəngindir. Lakin onların çoxu haqqında bizim ya tamamilə xəbərimiz yoxdur, və ya çox az məlumatımız var. FLMMM-in gözəl "kəşflər"dən biri bizim gözəl pianoçu-həmyerlimiz Karina Əzizova ilə tanışlıq oldu.

Tanınmiş həmyerlimiz ilə müsahibəmizi sizə təqdim edirik.

Karina, sizi xoş gördük! Sizi görməyimizə çox  şadıq! Adınız ləzgilər arasında az tanınır və rusdilli internet resurslarında haqqınızda məlumat çox azdır. Özünüz haqqında məlumat verərdiniz, zəhmət olmasa.

Mən Türkmənistanın Aşqabad şəhərində anadan oldumş. Musiqiyə maraq çox erkən yaşdan yarandı. Aşqabadda Türkmənistanın istedadlı uşaqlar üçün respublika musiqi məktəbdə 5 il oxudum. Ondan sonra məni Moskvaya göndərdilər. Belə, 12 yaşımda mən Çaykovskiy adına Moskva dövlət konservatoriya yanında Mərkəzi musiqi məktəbində təhsil almağa başladım. Moskvada musiqi məktəbində mənim müəllimim dünya şöhrətli pianoçu Victor Bunin idi. Sonra mən Moskva Konservatoriyasına daxil oldum və əməkdar incəsənət xadimi, tanınmış pedaqoq, professor Lev Naumovun sinifində oxudum. 6 il orada təhsil aldıqdan sonra, mən məhşur ispan dirijoru Viktor Pablonun dinləmədə oldum, və növbəti gün mənə müqavilə təklif olundu. Və belə mən İspaniyada yaşamağa başladım. Mən İspaniyanı çox xoşlayıram. Oranın isti iqlimi əhval ruhiyəyə müsbət təsir edir. İspan dilini də rahat öyrəndim. Mənim müntəzəm konsertlərim olur, o cümlədən Madrid Milli Auditoriya, Barcelonada  Katalon Musiqi Sarayı, Monumental Teatrı, Santanderede festival Sarayı, La-Korunyede Rosalii de Kastro teatrı və s. kimi məşhur səhnələrdə mən Raxmaninovun, Prokofyevun, Stravinkovun, Bramsın və digər ustadların konsertlərini ifa elədim. Həmçinin mən beynəlxalq konsertlərdə də çıxış edirəm.

 

Siz milli ləzgi musiqiyə qulaq asırsınız? Bəlkə konsertlərinizə folklor motivləri daxil edəsiniz?

Milli musiqini əsasən ləzgi toylarımızda dinləyirəm. Və tez-tez özüm və ailəm üçün bizim ləzgi üslubunda musiqiləri ifa edirəm.

Konsert proqrama milli musiqi motivlerin daxili çox maraqlı fikirdir. Gələcəkdə cəhd edə bilərəm. Klassik və milli musiqilərin birləşdirilməsinin gözəl nümunə kimi görkəmli bəstəkar, həmyerlimiz, Dağıstan operasının yaradıcısı Gotfrid Gasanovun əsərlərini göstərmək olar. Mən Gasanovun əsərlərini ifa etmək istərdim, və hətta ona ayrı bir konsertimi həsr edərdim.

Hər halda, doğma musiqi və doğma mədəniyyət qanımdadır, və onlar həmişə mənimlə qalacaq.

Tarixi vətəniniz Ləzgistanda heç olmusunuz?

Vətənimdə ancaq uşaqlıqda olmuşam. Bu Azərbaycanın İsmayıllı rayonun Ruşan və Qalacuq kəndləridir.Hər il valideynlərimiz bizi oraya aparırdılar, və hər il bir ayımız tam ləzgi mühitdə keçirdi. Əsasən məhz buna görə mən doğma dilimi bilirəm, və indiyə qədər tamamiylə hər şəyi anlayıram və hətta Ləzgi dilində yaxşı unsiyyət qura bilirəm. Valideynlərim də evdə həmişə ləzgi dilində danışırdılar. Amma indi təəsüflər olsun ki, təcrübə çatışmır və bəzi sözləri unuduram.

Moskvaya köçdükdən sonra vətənimə gedə bilmədim. Dağıstanda isə heç olmadım.

Avropada Ləzgiləri tanıyırlar? Umümiyyətlə Ləzgi xalqı haqqında nəisə bilirlər?

Avropada Ləzgilər haqqında, Ləzgilərin Azərbaycan və Rusiyada yaşadığı bölünmüş bir xalq olduğunu çox az adam bilir. Bildiyimə görə, FLMMM yeganə ləzgi resursdurki, ingilis dilində materialları dərc edir. Bundan əlavə, bu yaxınlarda öyrəndim ki, FLMMM beynəlxalq arenada fəal işləyir, və bu çox sevindiricidir. Haqqımızda, tariximiz haqqında, mövcud problemlər haqqında daha çox adam biləcək.

Karina, maraqlı v müsahibəyə görə Sizə təşəkkürümüzü bildiririk. Ümid edirik Sizi Ləzgi torpaqda konsertiniz ilə görəcəyik.

 

FLMMM

.

.

Maybe you are interested in:

Samur meşəmizi qoruyaq

Ləzgi mədəniyyətinin fəxri

YARIM ƏSR MUSİQİ ALƏMİNDƏ

ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK

Moskvada Ləzgi dili məktəbi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz