Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi mədəniyyətinin fəxri

Sədaqət Kərimova ilə müsahibə

 

 

Sədaqət Qayınbəyovna, biz Sizi gözəl bir şair və bir çox məhşur ləzgi mahnılarının müəllifi kimi tanıyırıq. Hal hazırda nə üzərində işləyirsiniz? Yeni şeirlər kitabınız nə vaxt işıq üzü görəcək?

Yaradıcılığıma olan maraqınıza görə sizə öz təşəkkürümü bildirirəm.Hal hazırda mən ləzgi dilində növbəti şeirlər kitab üzərində işləyirəm. Yəqin ki, bu kitab gələn il işıq üzü görəcək. Həmçinin, tezliklə "Mənim poetik xalqım” adlı kitabım işıq üzü görəcək. Bu kitabda mən ləzgi folklorun ən qədim və sevimli janr- bayadılar haqqında danışıram. Amma bu yalnız bir hekayə deyil, bu sənədli-bədii-elmi tədqiqatdır.

Həmçinin, mən balaca oxucularımı da sevindirmək istəyirəm. İlin sonuna qədər uşaqlar üçün nağıllar kitabım da işıq üzü görəcək. Bu kitab mənim üçün çox əzizdir, cünki onun rəssamı mənim doqquz yaşlı nəvəm Sadiyadır. Biz Sadiya ilə kitab üzərində işləyirik. Kitabın təqdimatını uşaq bayramına çevirmək niyyətim var. Bayrama həm ləzgi dilini bilən, həm də ləzgi dilini öyrənmək istəyən uşaqlar dəvət olunacaqlar.

"Samur” qəzeti necə inkişaf edir? Redaksiyanın hansı yaradıcılıq planları var?

Artıq 23 ildir ki Samur qəzeti nəşr olunur. Bu böyük tarixdir. Onu çap eləmək, xalq arasında yaymaq, onu maraqlı və oxunaqlı eləmək asan iş deyil. Görünən və görünməyən çətinliklərdən keçmək üçün, doğma xalqa böyük sevgi olmalıdır.

1997-ci ildən bu qəzet dövlət subsidiyaları, iş adamlarının köməyi, qrantlar olmadan, yalnız bizim sadiq abunəçilərimizin və fəal oxucularımızın köməyi ilə nəşr olunur.

Yaradıcılıq planlarımız çoxdur. Ümid edirəm ki, yaxın geləcəkdə hamını işlərimizin bəhəri ilə tanış edə biləcəyik.

 

Bu yaxınlarda sizin və Müzəffər Məlikmamedovun müəllifliyi altında "Ləzgi- azərbaycan lüğəti” işıq üzü gördü. Tamaşaçı bu işi necə qarşıladı? Bu kitabı almaq istəyən adam çoxdurmu?

İctimayyətin ilk fırtınalı reaksiyanı biz Bakı Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimatında gördük. Adam çox idi: tanınmış alimlər, jurnalistlər, müəllimlər, həkimlər, mühəndislər, hərbçilər, tələbələr.

Çıxış edənlər kitabın müəlliflərinə öz dərin təşəkkürlərini bildirirdilər. Qeyd etmək istəyirəm ki, biz bu kitabı 5 il ərzində hazırlamışıq. Redaksiya hələ də oxuculardan təşəkkür məktublarını almaqda davam edir. Alıcıların sayi da az deyil.

Müasir Ləzgi mədəniyyətinin vəziyyəti haqqında nə deyə bilərsininiz?

Təəsüflər olsun ki, bəzi ifaçılarımızın repertuarı çox aşağı səviyyədədir. Bəzi xalq artistləri hətta "Albina”, "Esmira”, "Oksana”, "Ellada” kimi mahnılarını belə ifa etməyə başlayıblar. Bu xalqımızın faciəsidir.

Əlbəttə ki, bu işdə bizim yaradıcı insanlarımızın böyük günahı var. Həm də bu mahnıları daim səsləndirən TV və radio kanallarının rəhbərləri də günahkardır. Bu məsələdə xalqımız gerək strategiyanı deyişdirsin.

 

İfaçılarımızdan savayı, bəstəkarlarımız da bu məsələdə zəifdirlər. Sizcə, bu vəziyyətdən hansı çıxış yolları var? İlk növbədə hansı addımları atmaq lazımdır?

Təəsüflər olsun ki, bu gün Ləzgi musiqi dünyada baş verənləri ancaq xaos adlandırmaq olar. Kim nə istəyir, necə istəyir elə də oxuyur.

Yaxşı mahnı və seirləri təbliğ etmək, istedadlı şairlərin, bəstəkarların, ifaçıların müəllif  gecələrini keçirtmək lazımdır. Belə gecələr və bunun əsasında hazırlanmış proqramlar xalqı tərbiyyə edir. Əgər vəziyyət deyişilməsə, qorxuram, xalqımız əcdadlarımızın bizə buraxdığı zəngin mədəni irsini itirə bilər.

Amma bir müsbət faktı da qeyd eləmək istəyirəm. Bir neçə il bundan əvvəl Ləzgi xalqın mədəniyyəti ilə bağlı olan məsələlər çox az adamı maraqlandırırdı. İndi isə vəziyyət tam deyişilib. Mədəniyyətimizin və adətlərimizin öyrənilməsinə və qorunmasına yönəlmiş addımları atan, laqeyd olmayan adamıların, xüsüsən də gənclərimizin sayı atrir. Bu ümidvericidir. Ən mühüm şey arzudur. Əgər bu varsa,  hər şey alınacaq!

Sədaqət Qayınbəyovna, müsahibə üçün çox təşəkkür edirəm. Federal Ləzgi Milli- Mədəni Muxtariyyətinin adından doğma mədəniyyətimizin inkişafına böyük töhfələrə görə Sizə təşəkkür etmək istəyirəm, və Sizə möhkəm cansağlığı, yaxşı əhval-ruhiyyə və uğurlar diləyirəm.

Murad Şixaxmedov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgi mədəniyyətinin döyünən ürəyi

Qusar ləzgilərin gələcəyi necə olacaq

Madridin Ləzgi ulduzu

Ləzgi mədəniyyətinin inkişafı

Innovativ Ləzgi lüğəti

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz