Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi mədəniyyətinin döyünən ürəyi

Moskvada Sədaqət Kərimovanın yaradıcılıq gecəsi

 

 

Noyabrın 25-də Moskva Millətlər Evində Ləzgi mədəniyyətinin tanınmış xadimi Sədaqət Kərimovanın yaradıcılıq gecəsi, və tanınmış Ləzgi mahnı və rəqs "Suvar” ansamblının çıxışı keçdi.

 

Bu gözəl tədbirin təşkilartçıları Federal Ləzgi Milli-Mədəni Müxtariyyəti və Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyi idi.

Sədaqət Kərimova "Samur” qəzetinin baş redaktoru, Ləzgi mahnı və rəqs "Suvar” ansamblının yaradıcısı və bədii rəhbəridir. O həm tanınmış yazıçı, jurnalist, şair, bəstəkar və uğurlu ictimai xadimdir.

Tədbirdə FLMMM rəhbəri Arif Kərimov, FMMM AzərRos rəhbəri Mehriban Sadıqova, Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyinin mədəni-informasiya programlar departamentinin rəhbəri Cənnət Şamasova, Sədaqət Kərimova yaradıcılığının və "Suvar” ansamblının çoxsaylı pərəstişkarları, Moskva və Rusiyanın digər şəhərlərinin Dağıstan və Azərbaycan icmaların nümayəndələri, müxtəlif ictimai təşkilatlarının nümayəndələri, gənclər iştirak etdilər. Moskva Millətlər Evinin zalında 100 çox qonaq toplanmışdır.

 

FLMMM rəhbəri Arif Kərimov qonaqlar qarşısında açılış sözü ilə çıxış edərək, bu tədbir Azərbaycanda yaşayan həmyerliləri ilə mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra tədbirlərin başlanğıcı olacağına ümidvar olduğunu bildirdi. "Hal-hazırda bu cür bir sıra tədbirlərin keçirilməsi təkliflərimiz bizim soydaşlarımız arasında dəstək tapdı.Biz ümüd edirik ki, Azərbaycan tərəfi də kənarda qalmaz və Dağıstan və Azərbaycan arasında mənəvi və mədəni əlaqələrin inkişafına təşviq edəcək. Bu tədbir bu istiqamətdə ilk birgə layihələrdən biri ”.

Sonra çıxış üçün söz FMMM AzərRos rəhbəri Mehriban Sadıqovaya verildi. O öz çıxışında FLMMM və onun rəhəbri Arif Kərimovu belə tədbirləri təşkil elədiyi üçün öz təşəkkürünü bildirdi. Daha sonra Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyinin mədəni-informasiya programlar departamentinin rəhbəri Cənnət Şamasova, Dövlət Duma deputatı və FLMMM vitse-prezidenti Mamed Abasovun köməkçisi Raysama Fətullayeva çıxış elədilər.

 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbirin baş qəhrəmanı Sədaqət Kərimova qonaqların gurultulu alqışlar altında səhnəyə çıxdı.O hər kəsi salamaladı və öz təşəkkürünü bildirdi. Tədbir boyu Sədaqət Kərimova öz şeirlərini üç dildə oxudu, "Suvar” ansamblının solistləri isə Raşad İbragimov, Cavahir Abdulova və Cəmilə Zalova ləzgi dilində mahnıları ifa elədilər.

Tədbirin sonuna yaxın FLMMM rəhbəri Arif Kərimov ləzgi mədəniyyətinin, musiqinin və dilinin qorunmasında gördüyü işlərə görə Sədaqət Kərimovanı və ayrıca "Suvar” ansamblı fəxri fərmanları ilə təltif elədi.

Sözsüz ki, Moskvada yaşayan ləzgilər üçün bu tədbir ilin ən əhəmiyyətli mədəniyyət hadisələrindən biri idi. Tədbirin sonunda qonaqlar Sədaqət Kərimova ilə şəkil çəkdirmək və söhbət eləmək üçün onun ətrafında toplamışlar.

FLMMM

.

.

Maybe you are interested in:

2016-cı ilin Birinci İclası

Yeni ilə yeni layihələr ilə

Ləzgi aktrisalara həsr olunmuş gecə

“Suleymanın dövrü gəlir...”

Dövrü dərk edən ləzgi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz