AŞPA prezidenti əfv fərmanından razıdır, lakin İlqar Məmmədovu “unudub”
AŞPA prezidenti Pedro Aqramunt Azərbaycanda bugünkü əfv fərmanından razıdır. O, Tvitterdəki mikrobloqunda yazıb ki, bu gün 148 nəfərin əfv olunması barədə yaxşı xəbər alıb. Onların arasında Vatslav Havel mükafatçısı Anar Məmmədli, həmçinin siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləri var.
Azad edilən siyasi məhbusların adlarını sadalayan Aqramunt qeyd edib ki, bu yaxınlarda Bakıda olarkən İlham Əliyevdən zəmanət alıb ki, yaxın vaxtlarda adamlarıın çoxu azadlığa buraxılacaq.
"Şadam ki, bu vəd yerinə yetirildi”, - Aqramunt yazıb. Lakin AŞPA prezidenti nədənsə unudub ki, bu yaxınlarda Bakı səfərinin yekunları iə bağlı bəyanatında REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsinin vacibliyini bildirmişdi. Belə ki, onun işi üzrə hətta Avropa məhkəməsiin qərarı var.
Lakin bu gün Aqranmunt bunu yada salmayıb, lakin əfvlə bağlı sevincini ifadə edib.
.
Maybe you are interested in:
AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri