Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rəsul Cəfərovun insan hüquqları günü ilə bağlı təbrik mesajı

 
 
Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov 10 dekabr "Beynəlxalq İnsan Haqları” günü münasibətilə təbrik mesajı göndərib:

 

"10 dekabr Ümumdünya insan haqları günü münasibətilə hamını təbrik edirəm. Ölkədə insan haqlarının vəziyyətinin hazırkı durumu hamıya aydındır. Vətəndaş cəmiyyətinin gücləndirilməsindən tutmuş, siyasi məhbusların və eyni zamanda Qarabağda əsir düşmüş həmyerlilərimizin azadlığa buraxılmasına qədər çətin, lakin şərəfli fəaliyyətin həyata keçirilməsinə böyük ehtiyac var.  

Ukraynada baş verən hadisələr (etirazlar insan haqlarını məhdudlaşdıran qanun qəbul edildiyi üçün şiddətləndi) o cümlədən ABŞ-dakı son etirazlar (müəyyən problemin olması prezident Obama tərəfindən etiraz olundu) bir daha sübut etdi ki, insan haqları ilə bağlı problemlərə diqqətlə yanaşılmalı, problemlər inkar edilməməli, əksinə onların həllinə nail olunmalı, bu problemləri dilə gətirən şəxslər "düşmən” deyil, həmin problemlərin həll edilməsini istəyən xoşməramlı şəxslər kimi qəbul edilməlidirlər. Bu hadisələr həm də onu sübut etdi ki, insan haqları məsələsi hər bir ölkənin daxili işi deyil. Beynəlxalq insan haqları ictimaiyyətinin (Azərbaycan QHTl-ləri və hüquq müdafiəçiləri daxil olmaqla) bu məsələlərə münasibət bildirərək həllinə çağırış etməsi və ictimaiyyətin tərkin hissəsi olan donorların xoşməramlı layihələrə qrant və ianələr ayırması tam legitim və bəşəriyyətə xidmət edən fəaliyyətdir.

Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarını azadlığa buraxmağa çağırıram. Yalnız bu yolla vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında real dialoq yarana, nəticədə də bu dialoq mövcud problemlərin həllinə gətirib çıxara bilər”.

   Hüquq müdafiəçisi ev dustaqlığına buraxılması üçün müraciət edib

Qeyd edək ki, hüquq müdafiəçisi dekabrın 8-də ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət edib və onun şikayətinə 10 dekabr insan haqları günündə baxılacaq.

Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Oktyabrın 23-də onun həbs müddəti daha 3 ay uzadılmışdır.

Qeyd edək ki, Amnesty İnternational Cəfərovu "vicdan məhbusu” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırıb

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan hakimiyyətini ifadə və birləşmək azadlığını təmin etməyə çağırır

İnsan Hüquqlarını Müdafiə Rəsədxanası: Avropa Oyunları ərəfəsində vəziyyət daha da pisləşəcək

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz