Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırıb

 

BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasında 25 ölkədən ibarət qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı İrlandiya nümayəndəsinin şifahi müraciətini dəstəkləyib.

Şuranın gündəliyinə daxil edilən birgə bəyanatda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün məhdudiyyətlər, hökuməti tənqid edənlərin həbsi, müstəqil səxslərin, xüsusən hüquq müdafiəçilərinin sıxışdırılmasından narahatlıq ifadə olunub.

Bəyanatda Azərbaycan hakimiyyəti İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Xədicə İsmayılovanın azadlığa buraxılmasına çağırılır.

Beynəlxalq forumda Azərbaycandakı vəziyyətə bu cür diqqət narahatlığın dərəcəsinin göstəricisidir  və Avropa Oyunlarının keçirildiyi ölkədə insan hüquqlarının vəziyyətinin ağır olmasından xəbər verir.

Bu bəyanatı BMT İşgəncələr Əleyhinə Komitənin iştirakı il Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası tərəfindən qəbul edilib.

Əgər Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymasa Beynəlxalq Federasiya (FIDH) BMT İnsan Hüquqları Şurasını 2015-ci ilin sentyabrında keçiriləcək 30-cu sessiyasında Azərbaycan insan hüquqlarının vəziyyəti üzrə monitorinq mexanizmini müəyyən edən qətmnamənin qəbuluna çağıracaq.

.

contact.az

.

Maybe you are interested in:

Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar

Brüsseldə Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması ilə bağlı dinləmələr keçiriləcək

ATƏT PA Komitə rəhbəri Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin yanına buraxılmasını tələb edir

Hüquq müdafiəçilərinin qorunması üzrə Beynəlxalq Observatoriya azərbaycanlı fəalların həbsi barədə

İnsan Hüquqlarını Müdafiə Rəsədxanası: Avropa Oyunları ərəfəsində vəziyyət daha da pisləşəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz