Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Hüquq müdafiəçilərinin qorunması üzrə Beynəlxalq Observatoriya azərbaycanlı fəalların həbsi barədə

 

Hüquq müdafiəçilərinin qorunması üzrə Beynəlxalq Observatoriya  (The Observatory for the Protection of Human Rights Defenders ) Azərbayvanda həbsdə olan fəallar Leyla və Arif Yunusların, həmçinin Anar Məmmədlinin səhhətilə bağlı narahatlığını bildirib.

Beynəlxalq Observatoriya 1997-ci ildə Işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları Naminə Beynəlxalq Federasiya (FIDH) ilə birgə yaradılıb.

Bəyanatda MTN-in təcridxanasında saxlanılan Arif Yunusun taleyi barədə məlumat azlığına toxunulur. Bəyanat müəllifləri hesab edirlər ki, A.Yunusun Ədliyyə Nazirliyinin təcridxanasında saxlanmaması onun həyatına və sağlamlığına təhlükə törədir.

Bəyanatda  Leyla və Arif Yunusların, eləcə də  Anar Məmmədlinin tibbi yardım almasının təmin edilməsinə,  onların qeyd- şərtsiz azad edilməsinə çağırılır.

Eyni zamanda  sənəd müəllifləri jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi İntiqam Əliyev, fəal Bəşir Süleymanlı və "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun azad edilməsinə çağırıblar.

.

contact.az

.

Maybe you are interested in:

OPHRD Leyla və Arif Yunusların xaricə müalicəyə getməsi üçün kampaniyaya başlayıb

21 beynəlxalq təşkilat Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırır

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırıb

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz