Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT PA Komitə rəhbəri Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin yanına buraxılmasını tələb edir

 

ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsinin sədri İzabel Santos (Portuqaliya) Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə qarşı davam edən repressiyalara görə dərin narahatlığını bildirib. O, yenidən ölkə rəhbərliyinə müraciət edərək həbsdə olan hüquq müdafiəçilərini azad etməyə çağırıb.

ATƏT PA-nın yaydığı bəyanatda deyilir ki, Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin ünvanına hədələr səngimək bilmir və bu, ölkəni demokratiyadan daha da uzaqlaşdırır.

Jurnalist Xədicə İsmayılovanın qapalı məhkəmə prosesinin keçirilməsi, ona qarşı yeni ittihamların irəli sürülməsi, hüquq müdafiəçisi Leyla Yunusun həbs  müddətinin uzadılması yenidən narahatlığa  səbəb olub.

Bu hadisələr hakimiyyətin bütün müstəqil səsləri və özgəfikirliləri susdurmaq məqsədi güdməsilə bağlı beynəlxalq birliyin narahatlığını artırır. Buna con qoyulmalıdır”, - İ.Santos  bildirib.

Mənim xanım Yunus, həmçinin hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovla bağlı sorğuma cavab verilməyib”, - o əlavə edib.

Son aylar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və nazir müavini Mahmud Məmmədquliyevə ünvanlanan məktublarda İ.Santos L.Yunus və R.Cəfərova qarşı irəli sürülən ittihamlara, hüquq müdafiəçisi Emin Hüseynovun ölkədən çıxmasına qadağa qoyulmasına, "Azadlıq” radiosunun Bakı bürosunda axtarış aparılmasına və nəticədə onun bağlanmasına dair əlavə məlumat verilməsini xahiş edib.

E.Santos M.Məmmədqulievə məktubunda A.Məmmədli, R.Cəfərov və L.Yunusa baş çəkməsini təkrar xahiş edib. İlk müraciət Azərbaycan hökumətinə hələ 2014-cü ilin iyununda göndərilib. 

İ..Santos 2015-ci ilin fevralında öz məktublarına cavab alıb. Məktublarda L.Yunus və "Azadlıq” radiosu ilə bağlı məlum bilgilər təkrarlanır. R.Cəfərovla E.Hüseynov barədə məlumat yoxdur.

2014-cü ildə ATƏT PA-nın Bakıda keçirilən illik sessiyasında ATƏT ölkələrindən olan deputatlar yekun bəyannamədə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya daxil olmaqla, bəzi ATƏT ölkələrində hüquq müdafiəçilərinin və hakimiyyəti tənqid edənlərin həbs olunması, qorxudulması faktları ilə bağlı narahatlıq ifadə olunub, - məlumatda deyilir.

.

contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

İ.Santos: Azərbaycanda seçkilər ərəfəsində azadlıqların pozulması həddindən artıq acınacaqlı haldır

Ann Brasserin İlham Əliyevə çağırışı

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz