Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Mujnieks: Hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoyun

 

"Azərbaycanda hüquq müdafiəçilərinin təqibinə son qoyulmalıdır”, deyə Avropa Şurasının insan hüquqları üzrə Komissarı Niyls Mujnieks Bakıya 2 günlük səfərininin yekunları üzrə bildirib.

Onun ofisinin bununla bağlı məlumatında deyilir ki, "bu səfərin zəruriliyi ofisimin Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən, demək olar ki, bütün tərəfdaşlarının həbsi ilə izah olunurdu, bu, ölkədə insan hüquqları sahəsində işi faktiki olaraq, qeyri-mümkün edir”.

Komissar hələ 2013-cü ildə xüsusi məruzəsində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin ağır olduğunu qeyd edib, bu ilin aprelində isə vəziyyətin daha da pisləşdiyi vurğulanıb.

"Bu repressiv tədbirlər məruzəmdə yer alan tövsiyələrə birbaşa ziddir”, deyə o qeyd edib.

Hazırki həbslərin bir hissəsi QHT-lər haqqında qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Bu məsələ ilə bağlı əvvəllər də narahatlıq bildirilib və qeyd edilib ki, dəyişikliklər QHT-ləri böyük risk altında işləməyə məcbur edir.

"Qanunvericilik insan hüquqları sahəsində işi qeyri-mümkün etməməlidir. Bu, aldıqları qrantı qeydiyyatdan keçirməyənlərə də aiddir. Onları buna görə cəzalandırmaq olmaz”, deyə Mujnieks qeyd edib.

Rəsmi şəxslərlə görüşlər zamanı Komissar Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarlarının yerinə yetirilməsi zərurətini qaldırıb.

Məhkəmə Məmmədovun məhkəmədən əvvəl qanunsuz saxlanıldığı və hakimiyyət Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirdiyini göstərmək istəyirsə, onun azad edilməli olduğu barədə qərar verib.

Press-relizdə məşhur hüquqşünas İntiqam Əliyevin işi də narahatlıq doğuran işlərdən biri kimi qeyd edilir. Onun işinə Avropa Məhkəməsində prioritet qaydada baxılacaq.

Bütün bu məsələlər Komissarın baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, xarici işlər naziri Mahmud Məmmədquliyev və ombudsman Elmira Süleymanova ilə görüşlərdə qaldırılıb.

Səfər zamanı Mujnieks Kürdəxanı istintaq təcridxanasına da baş çəkib, burada Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşüb.

Bundan başqa, Komissar həbs edilmiş şəxslərin ailə üzvləri, vəkilləri və vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşlər keçirib.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan hakimiyyətini ifadə və birləşmək azadlığını təmin etməyə çağırır

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz