Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azər Qasımov Fergusondakı hadisələrdən narahatdır

 

Azərbaycan prezidentinin mətbuat katibi, şərh almaq üçün əlçatmaz olan Azər Qasımov gözlənilmədən dünən ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyn Psaki tərəfindən rəsmi Bakının ünvanına səslənmiş tənqidə münasibət bildirib.

Xatırladaq ki, Psaki insan hüquqlarının pozulmasına və vətəndaş cəmiyyətinin təqibinə görə növbəti dəfə Bakını tənqid edib.

Qasımov AzərTAc-da yayılmış şərhində Psakiyə "qərəzli, riyakar, qeyri-real fikirlərdən əl çəkməyi və öz ölkəsində insan hüquqlarının kobud şəkildə pozulması faktlarına diqqət çəkməyi” məsləhət görüb.

Xüsusən, Qasımov ABŞ-da vaxtaşırı irqi ayrı-seçkilik faktlarından, dinc nümayişçilərə qarşı polis zorakılığından, kütləvi həbslərdən narahatdır.

O, həmçinin ABŞ-da media azadlığı sahəsində problemlər olduğunu qeyd edib.

Sonda Qasımov Psakiyə sözügedən faktları inkar etməməyi, ikili standartlara əl atmamağı və qeyri-obyektiv məlumatlara istinad etməməyi tövsiyə edir.

.

contact.az

.

Maybe you are interested in:

Əli Həsənov: “Hesabat dünyada Amerikaya olan-qalan inamın tam itməsinə xidmət edir”

İlham Əliyev Qələbənin 70 illiyini qeyd etmək üçün Moskvaya gedəcək

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Bakı İsraildə anti-Azərbaycan əhval-ruhiyyəsi hiss edib

Comments (1)

Комментарий #1 написал: Мулейли

4.12.2014, 09:58   |   Зарегистрирован: 19.10.2011   |   ICQ: {icq}   |     |   Статус: Пользователь offline


Группа: Активисты
Публикаций: 0
Комментариев: 332
Почему я не могу читать это на русском? На английском? На лезгинском? Разве этот сайт не для лезгинского народа или его захватили азеры?
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz