Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusarda yeni infrastruktur

Turizmin etnik tərkibinə təsiri

Son vaxtlar Qusar rayonunda yeni çoxmərtəbəli binaların tikintisi sosial şəbəkələrdə təz-təz müzakirə olunur. Yeni tikilən binalar yerli camaatın narahatçılığına səbəb olur. Verilən məlumata görə yeni plan üzrə Qusar şəhərində çoxmərtəbəli yaşayış binaların tikilməsi planlaşdırılır, və artıq Füzuli küçəsində belə binalardan biri tikilir. Kompleks beş blokdan və səkkiz mərtəbədən ibarət olacaq.

Xatırladaq ki, Azərbaycanın şimal bölgəsində bir neçə ildir ki istirahət zonaları və digər infrastruktur qurulur. Səlahiyyətlilərin dediyinə görə, bu hal şimal bölgədə iqtisadi inkişafına qatqı təmin edəcək.

Belə ki, Facebook sosial şəbəkədə Elmar adlı istifadəçi bu tikintilər haqqında skeptisizm ifadə edir. O yazır : "Sizin Qusar tezliklə bizim Qəbələ kimi olacaq. Bu binalar sizin üçün tikilmir.” Burdan aydın olur ki, Elmar adlı istifadəçi hamının diqqətini Qəbələdə baş verən proseslərə çəkir. Xatırladaq ki, Qəbələdə dağlıq ərazilər Bakılı zəngin adamlar tərəfindən alınır, və həmin ərazilərdə istirahət zonaları və özəl evlər, villalar tikilir.

 Məsələn, Qəbələ rayonun Küsnət kəndi daha mövcud deyil, və həmin ərazidə tikinti işləri aparılır. Həmin kəndin əhalisi FLMMM-nə müraciət etmişdirlər. Kənd camaatının sözlərinə görə onlar bütün instansiyalara, hətta prezident Əliyevə belə yazsalar da, onları eşidən olmadı. Kənd camaatı onu da qeyd elədi ki, Sovet İttifaqının dağılmasından sonra onlar öz ərazilərini pulnan almalı oldular, lakin ödənişdən sonra onlara sahiblik sənədi verilmədi. Kəndin özündə isə naməlum təyinatlı obyektlərin inşası başladı. Kənddə əsas infrastrukturun, hətta orta məktəbin belə olmaması nəticəsində kənd camaatı kəndi tərk etmək məcburiyyətində qaldı. "Dövlətimiz yaşayış üçün əlverişli şəraitin yaradılması, yerli xalqların qayğısına qalmaq əvəzində,  bizi başqa ərazilərə köçürdərək evlərimizi, qəbiristanlıqlarımızı, məscidlərimizi məhv edir, bizi assimilyasiya və etnik qrup kimi məhv etmək istəyir.”

Facebook sosial şəbəkəsinin Rövşən adlı istifadəçisi Qusar haqqında əlavə edərək yazır: "Yerli camaatın belə binalarda mənzil almaqa imkanları çatmaz.” İnşa olunan obyektlərin çoxusu yelri camaat üçün tikilmir. Həç bir şübhə yoxdur ki, yaşayış kompleksin inşası sona çatdıqdan sonra, hakimiyyət ölkənin şimal bölgəsinə xüsusi diqqət yetirdiklərini söyləyəcəklər.

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Şahdağ: assimilyasiya planın kurortu

Qusarda quldurluq hadisələrin sayı artıb

İctimaiyyət Gəncəli deputatın bəyanatından qəzəblənib

“Global Construction” şirkətinin rəhbəri saxlanılıb

Qusarın deputatı: “Terror törətmək istəyirlər”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz