Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İctimaiyyət Gəncəli deputatın bəyanatından qəzəblənib

 

Bu gün sosial şəbəkə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəni təhqir edən Parlamentin Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyevin qalmaqallı bəyanatlarından sonra coşub.

KİV onun "Rəsulzadənin İrəvanı və geniş əraziləri ermənilərə verən satqın olduğu, bundan başqa, xarici dövlətlərə işlədiyi, belə bir siyasətçi tanımadığı" haqqında sözlərini dərc edib.

Bu bəyanat şəbəkədə yayıldıqdan sonra minlərlə istifadəçi öz qəzəbini bildirərək, Həmzəyevin cəzalandırılmasını və onun deputatlıq mandatının ləğvini tələb ediblər.

Müsavat Partiyasının lideri Arif Hacılı parlamentin spikeri Oqtay Əsədova müraciət göndərərək, deputatı qeyri-etik davranışına və "Azərbaycan xalqını təhqir etdiyinə" görə cəzalandırmağı tələb edib.

Xatırladaq ki, M.Ə.Rəsulzadə 1918-ci ildə ilk müstəqil Azərbaycan dövlətinin banisidir. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Birinci Respublika dəyərlərinə əsaslalan Azərbaycanla əməkdaşlığa sadiqdir

Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin büstünün bərpasını tələb edir

XİN nümayəndəsi xarici KİV üçün yeni akkreditə qaydaları haqda

Söyün Sadıqovdan Qabil Hüseynliyə SƏRT SÖZLƏR

“Amerika səfirliyi imkan versə, bunlar Azərbaycan xalqını Qobustanda yerləşdirər”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz