Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Birinci Respublika dəyərlərinə əsaslalan Azərbaycanla əməkdaşlığa sadiqdir

 

ABŞ prezidenti Barak Obama 28 may - Respublika günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə ABŞ-ın 1918-ci ildə dünyada əksəriyyətini müsəlmanlar təşkil edən ilk dünyəvi demokratik dövlətin dəyərlərinə əsaslanaraq, bütün azərbaycanlılar üçün çiçəklənmə və demokratik gələcəyi təmin edən Azərbaycanla əməkdaşlığa sadiq olduğu qeyd edilir.

"Azərbaycan müstəqilliyini əldə etdikdən bu yana ABŞ onun təhlükəsilziyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ona görə edirik ki, ikitərəfli münasibətləri, bir çox sahələrdə,  o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində tərəfdaşlığımızı, Əfqanıstanda sabitliyi təşviqi, Avropanın enerji təminatında diverviskasiyanı yüksək dəyərləndirirk”, deyə ABŞ prezidenti qeyd edir.

Obama iki xalq arasında əlaəqlərin güclənməsilə ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın da gücləndiyini nəzərə çatdırır.

"Vətəndaşların bütün əsas azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlkəsizliyini gücləndirəcək və bizim hökumətlərimiz arasında daha sıx şərait yaradacaq”, - deyə təbrik mətni başa çatır.

Azərbaycan 28 mayı Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında ilk demokratik dövlətin yaradılması günü kimi qeyd edir. Bu respublika iki ildən az mövcud olub, 1920-ci ilin aprelində Qırmızı ordu tərəfindən işğal edilib. 1991-ci ildə ölkə parlamenti indiki Azərbaycan respublikasını AXR-nın hüquqi varisi kimi tanıyıb.

Demokratiya və insan hüquqları sahəsində beynəlxalq hesabatlar göstərir ki, Azərbaycanın indiki hakimiyyəti birinci respublikanın dəyər və ideyalarına sədaqət nümayiş etdirmir.

.

contact.az

.

Maybe you are interested in:

STP Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 20 illiyi ilə bağlı müraciyəti

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

İlham Əliyev Angela Merkellə demokratik modernləşdirmə məsələlərini müzakirə edəcək

“Azərbaycan” qəzeti: Obama İlham Əliyevlə şəxsi incikliyini bağışlaya bilmir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz