Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Azərbaycan” qəzeti: Obama İlham Əliyevlə şəxsi incikliyini bağışlaya bilmir

 

Rəsmi "Azərbaycan” qəzeti (Milli Məclisin mətbu orqanı) ABŞ prezidenti Barak Obamanı kəskin tənqid edən məqalə dərc edib.

"Obamanın ikiüzlülüyü” adlanan məqalədə deyilir ki, Obama ABŞ prezidenti seçilərkən verdiyi ümidləri doğrultmadı və vədləri yerinə yetirmədi.

Məqalədə Foreign Affairs nəşrinin müəllifləri Finnemor və Farrelin məqaləsindən sitatlar gətirilib. Bu məqalədə Obama "ikiüzlü” adlandırılıb.

Sonra Vikiliks materiallarına isnad edilir: onlar sübut etdilər ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır.

Bundan əlavə. ABŞ öz müttəfiqlərinin müdafiəsi ilə bağlı vədlərini yerinə yetirmir. Buna sübut kimi Misir prezidenti Hüsnü Mübarəkin taleyi göstərilir və Misir hərbçilərinin qanuni seçdikləri prezident Məhəmməd Mursinin taleyi xatırladılır.

Məqalə müəlliflərinin fikrincə, ABŞ Mübarək və Mursinin hakimiyyətini saxlamalıydı, çünki onlar Vaşinqtonun istənilən xahişini yerinə yetirirdilər. Lakin əslində isə həm H.Mübarək, həm də M.Mursi hakimiyyətinin devrilməsi planının arxasında  ABŞ dururdu. 

"Buna sübut odur ki, nə rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi "Freedom House” təşkilatı Qahirə məhkəməsinin bir gündə "Müsəlman qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi”.

Sonra məqalədə deyilir ki, 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriyada baş vermiş hadisələr Amerikanın cavabı oldu. "Rəngli inqilablar”, "Ərəb baharı” bu ölkələrə bəlalar gətirdi.

Həmin ölkələrdəki hadisələr Avropaya və Ukraynaya keçdi. "Vaxtilə SSRİ-nin güclü və böyük potensiala malik respublikalarından biri olmuş Ukrayna məhz ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin səyləri nəticəsində indi vətəndaş qarşıdurması meydanına çevrilib”,- məqalədə qeyd olunur.

Obamanın dövründə ABŞ-ın Azərbaycanla bağlı siyasəti kəskin qeyri-ardıcıllığı və anlaşılmazlığı ilə seçilir. Hər halda əvvəlki administrasiyalarda bu ölkədə kimin kim olduğu, kimin nəyə görə cavabdehlik daşıdığı bəlli idi. Söz deyilirdi, vəd verilirdi və heç olmasa, onların icrasına həqiqi cəhdlər göstərilirdi.

Ancaq B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri "səhrada ilğım”ı xatırlatmağa başladı.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı.

"ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı "qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyil”, - məqalədə vurğulanır.

Məqalə müəllifləri bunun səbəbini Obamanın İlham Əliyevlə "şəxsi incikliyində” görürlər.

Belə ki, 2009-cu ildə Obama İlham Əliyevi Türkiyə-Ermənistan sərhəddinin açılmasına razı salmaq  üçün İstanbula dəvət etmişdi. Lakin İ.Əliyevin qətiyyətli iradəsi bu məkrli planı pozdu və o, Türkiyəyə getməkdən imtina etdi.

"Görünür, Barak Obama hələ də bu günə kimi Azərbaycan prezidentinə bunu bağışlaya bilmir”, - məqalədə deyilir.

Sonda belə nəticəyə gəlinir ki, dünyada qeyri-sabitliyə, müharibə və böhrana görə məsuliyyət dünya lideri roluna iddia edən, lakin bu rolu oynamaq iqtidarında olmayan ABŞ-ın üzərinə düşür.

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev Vaşinqtona nüvə sammitinə dəvət olunacaqmı?

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq

Azərbaycan qəzeti: Almaniya bu gün: hegemon, yoxsa vassal?

ABŞ Birinci Respublika dəyərlərinə əsaslalan Azərbaycanla əməkdaşlığa sadiqdir

ABŞ səfirliyi “Azərbaycan” qəzetinə cavab verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz