ABŞ səfirliyi “Azərbaycan” qəzetinə cavab verib
"Biz fərziyyə xarakteri daşıyan məsələlərə şərh verə bilmərik”. Bu sözlərlə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi "Azərbaycan” qəzetinin 13 yanvar sayında dərc olunan "Obamanın ikiüzlülüyü” başlıqlı redaksiya məqaləsi ilə bağlı Amerikanın Səsinin sorğusunun cavabında bildirib.
Məqalədə deyilib ki, 2009-cu ildə prezident İlham Əliyevin Ankarada prezident Barak Obama ilə görüşdən imtina edib. Bu barədə "Amerikanın Səsi”nin sualının cavabında ABŞ səfirliyi deyib:
"Amerika Prezidentinin Administrasiyasının fəaliyyəti barədə daha çox məlumat əldə etmək üçün Ağ Evin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik. Azərbaycan-ABŞ əlaqələrinə aid olan məsələlər görə Azərbaycanın mövqeyini öyrənmək istəyirsinizsə, onda Azərbaycan prezidentinin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik”.
Məqalədə Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı yazılanlar barədə sualın cavabında isə ABŞ səfirliyi bunları deyib: "Biz dəfələrlə və açıq şəkildə bəyan etmişik ki, ABŞ Azərbaycanın suverenliyini ən güclü şəkildə dəstəkləyən ölkələrdən biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ bir çox yollarla öz dəstəyini nümayiş etdirib və müstəqil tərəfdaşlar kimi gələcəkdə də iki tərəfli əlaqələri gücləndirmək öhdəliyinə sadiqdir”, deyə səfirlik qeyd edib.
.
Maybe you are interested in: