Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dövlət Departamenti AŞPA qətnaməsinin qəbul edilməməsində Nulandın roluna dair suala cavabdan yayınır

 

ABŞ Dövlət Departamenti Azərbaycan torpaqlarının işğalı ilə bağlı AŞPA qətnaməsinin qəbul edilməməsində dövlət katibinin köməşksi Viktoriya Nulandın rolu barədə Turan agentliyi və "Amerikanın səsi” radiosunun birgə sorğusuna aydın cavab verməyib.

Sorğu guya Nulandın Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən qətnamənin qəbuluna yol verməməsi ilə bağlı ittihamlarla əlaqədar olub.

Dövlət Departamentinin cavabında deyilir: "ABŞ Azərbaycanın Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, Dağlıq Qarabağa aid olan məsələlərin regional və beynəlxalq təşkilatlarında qaldıra biləcək suveren hüququna hörmətlə yanaşır.

Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər”.

Xatırladaq ki, V.Nulandın bu məsələdə iştirakı mövzusu ermənipərəst konqresmen Adam Şiffin bəyanatından sonra ortaya çıxıb. Belə ki, Şiffin sözlərinə görə, Nuland Azərbaycan torpaqlarının işğalı ilə bağlı Robert Uolterin qətnaməsinin yolverilməz olduğunu bildirib.

Bunun cavabında Nuland ona bu istiqamətdə "AŞPA ilə işləməyi” vəd edib.

Bundan sonra Azərbaycan XİN bəyan edib ki, Vaşinqtondakı səfirliyə bu məsələni araşdırmağı tapşırıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub

Azərbaycan XİN Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını alqışlayır

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz