Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ səfirliyi: Biz səhvlərimizi düzəldə bilirik, bu bacarığımızla qürur duyuruq

 

Yanvarın 15-də Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib. Bu dinləmələrlə bağlı Amerikanın Səsinin sorğusuna ABŞ-ın Azərbaycandakı səfirliyi aşağıdakı cavabı verib:

"Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən insan hüquqlarına dair aparılan müzakirələrdən xəbərdarıq. Biz hər bir fərdin şəxsi fikrini bildirmək hüququna hörmət edirik və fundamental azadlıqlar barədə dialoqun aparılmasını hər zaman önəmli hesab edirik. ABŞ insan hüquqlarına dair məsələlərə həm daxildə, həm də xaricdə çox ciddi yanaşır. Biz özümüzün mükəmməl olduğumuzu iddia etmirik, keçmişdə etdiyimiz qüsurları nəzərdən keçirərək etdiyimiz səhvlərimizi düzəldə bilirik və bu bacarığımızla qürur duyuruq. ABŞ bu sahədə mükəmməl olmaq üçün daimi yollar axtarır və bizi irəli aparan dialoqu alqışlayırıq”, səfirlik qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

Dövlət Departamenti AŞPA qətnaməsinin qəbul edilməməsində Nulandın roluna dair suala cavabdan yayınır

ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmələr keçirəcək

Sabitliyin ən yaxşı zəmanəti repressiyalar deyil, demokratiyadır

Əli Həsənov bir daha anti-Azərbaycan qüvvərə qarşı mübarizəyə çağırdı

ABŞ səfirliyi “Azərbaycan” qəzetinə cavab verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz