Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sabitliyin ən yaxşı zəmanəti repressiyalar deyil, demokratiyadır

 

Amerikanın bir qrup diplomatı və insan hüquqları və demokratiya sahəsində eksperti Vaşinqtonu bütün dünyada müstəqil səslərin avtoritar rejimlərə qarşı mübarizəsinə dəstəyi gücləndirməyə çağırıb, bu barədə Turan-ın müxbiri ABŞ-ın paytaxtından bildirir.

"Demokratiya və insan hüquqları ABŞ-ın xarici siyasətində mərkəzi yeri tutmalıdır”, deyə ABŞ dövlət katibinin keçmiş müavini Paola Dobryanski çərşənbə günü Freedom House-un ofisində keçirilən debatda bildirib.

Vaşinqtonun vətəndaş cəmiyyətinə dəstək üzrə səyləri haqqında danışan ABŞ dövlət katibinin köməkçisi Entoni Blinken qeyd edib: "Avtoritar rejimlər çox vaxt öz maraqlarını və hakimiyyətlərini qoruyub saxlamaq üçün "sabitlik” sözünün arxasında gizlənir. "Amma sabitliyin və sülhün ən yaxşı zəmanəti repressiyalar deyil, demokratiyadır”, deyə o qeyd edib.

Prezident Buşun administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Eliot Abrams bildirib ki, dünyada demokratiyanın vəziyyəti və ABŞ-ın nüfuzu bir-biri ilə əlaqəli olmalıdır.

"Ayrı-ayrı ölkələr və konkret şəxsiyyətlər barəsində biz insan hüquqlarına dəstək üçün daha çox səy göstərə bilərik və bunu etməliyik. Repressiyaya məruz qoyanlarla əlaqə saxlamaq yerinə, repressiyaya məruz qalanlara müraciət etmək vacibdir”, deyə o qeyd edib.

Amerika Pen-Mərkəzin icraçı direktoru Syuzan Nossel də dissidentlərin və vətəndaş cəmiyyətinin daha fəal şəkildə dəstəklənməsinin tərəfdarı olduğunu bildirib. "ABŞ dissidentlərin göz dikdiyi yerdir, çünkü onun dəstəyi həddindən artıq vacibdir”, deyə o qeyd edib.

Ukraynanın vətəndaş azadlıqları mərkəzinin rəhbəri Oleksandra Matviyçuk deyib ki, Ukraynanın azad gələcəyi uğrunda mübarizəsi bütün postsovet məkanı üçün ümid rəmzidir.

"Biz hökumətdən və bütün xoşməramlı insanlardan Ukraynada bütün səyləri birləşdirməyi xahiş edirik. Demokratiyanın yayılması ölkələrin vətəndaşların təhlükəsiz həyatını təmin etməsi üçün yeganə imkandır”, deyə o fikrini tamamlayıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Devid Kramer: “Prezident İlham Əliyevlə yüksək səviyyədə görüşlər olmamalıdır”

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz