Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmələr keçirəcək

 

57 ölkədə insan hüquqları və beynəlxalq əməkdaşlığın vəziyyətini   izləyən ABŞ Konqresi Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı dinləmələr keçirəcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Azərbaycanda qanunun aliliyi və vətəndaş cəmiyyəti” adlı tədbirdə Azərbaycan hökumətinin onu tənqid edənləri sıxışdırmaq üçün öz hüquqi sistemindən necə istifadə etməsindən danışılacaq.

Həmçinin 1 noyabr parlament seçkiləri ilkin təhlil ediləcək, onun ölkənin gələcəyinə təsiri müzakirə olunacaq.

"Son iki ildə Azərbaycanda qanunun aliliyinə və insan hüquqlarına hörmətin azalması müşahidə edilir. Vətəndaş təşkilatlarının bir çoxu öz liderlərinə qarşı təzyiq və təqiblər səbəbindən bağlanmalı olub.

Müstəqil KİV öz fəaliyyətini məhdudlaşdırıb və ya bağlanıb. Müxalifət partiyaları təqiblərə məruz qalır və çox zaman seçki prosesindən kənarlaşdırılır. Tanınmış siyasətçilər siyasi motivli ittihamlarla uzun müddətə həbs olunurlar”, -Komissiyanın məlumatında deyilir.

Diskussiyalarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morningstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali, Leyla və Arif Yunusların qızı Dinara Yunus  iştirak edəcəklər.

.

www.contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür

ABŞ Senatında Azərbaycanda demokratiyanın vəziyyətinə dair dinləmələr keçiriləcək

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan hakimiyyətini ifadə və birləşmək azadlığını təmin etməyə çağırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz