Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prezident İlham Əliyev Vaşinqtona nüvə sammitinə dəvət olunacaqmı?

 

Martın sonlarında bir çox ölkələrin dövlət və hökumət başçıları ABŞ prezidenti Barak Obamanın dəvətilə nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda toplaşacaqlar. Sammit 2010-cu ildən keçirilir.

Hələlik tədbirə dəvətlilərlə bağlı rəsmi açıqlama yoxdur, lakin bəzi məlumatlı mənbələr Turan-ın Vaşinqton müxbirinə bildiriblər ki, prezident İlham Əliyevin bu tədbirə dəvət olunması "az inandırıcıdır”. Səbəb rəsmi Bakının müstəqil səslərə və vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoymaqdan imtina etməsidir.

"Siyasi məhbuslar ətrafında vəziyyət indiyədək həll edilmədiyindən qərb tərəfdaşlar Əliyev hökumətilə əməkdaşlıq etməklə çətin vəziyyətə düşüblər. Bura yüksək səviyyədə dəvətlər də daxildir”, - adının çəkilməsini istəməyən amerikalı diplomat bildirib.

  Eyni zamanda Vaşinqtondakı rəsmi şəxslər hələlik sammitə dəvət məsələsini şərh etmirlər.

Nüvə terrorizminin milli təhlükəsizliyə ən böyük təhdid olduğunu etiraf edən ABŞ prezidenti nüvə materiallarının yayılmasının qarşısının alınması mexanizmlərinin yaradılması üçün 2010-cu ildə 47 ölkənin və üç beynəlxalq təşkilatın rəhbərlərini topladı.

2010-cu ildə ilk sammitə İlham Əliyev dəvət olunmamışdı. Hələ ki Vaşinqtonda onu builki sammitə dəvət edib-etməmək barədə düşünürlər. Qonşu Gürcüstan isə hələ dekabrda bu dəvəti alıb, Ağ Evdən bildirilib.

Prezident Obama Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşviliyə məktubunda ümidvar olduğunu bildirmişdi ki, Gürcüstan "nüvə materiallarının tutulması üzrə səylərə mühüm diqqət yetirəcək və öz təcrübəsini digər  tərəfdaş ölkələrlə bölüşəcək”.

Vaşinqton Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və digər regional liderlərin qarşıdakı sammitə dəvət olunduğunu bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır

Devid Kramer: “Prezident İlham Əliyevlə yüksək səviyyədə görüşlər olmamalıdır”

Amnesty International Amerika nümayəndəliyinin rəhbəri: “Bakı repressiyalara son qoymalıdır”

Konqresmen Smit ATƏT və ABŞ-ı Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə çağırır

Devid Kramer: “Vaşinqtonun mesajı olduqca aydındır – siyasi məhbus yoxdursa sanksiya da yoxdur”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz