Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin büstünün bərpasını tələb edir
Müsavat Partiyası metronun "Bakmil” (depo) stansiyası ərazisində 1918-20-ci illər Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin büstünün götürülməsinə etiraz olaraq bəyanat yayıb.
Bu addım metropoliten rəhbərliyinin yol verdiyi vandalizm sayılır, rəsmi Bakının M.Ə.Rəsulzadənin nüfuzu ilə qəlblərdə yer tutmasına qısqanclıqla yanaşması hesab edilir. Daha sonra sənəddə rəsmi Bakının M.Ə.Rəsulzadənin adının qurduğu BDU-dan götürməsi, paytaxtda heykəlinin ucaldılmasına qadağa qoyması, Ağcabədi, Ağsu rayonlarındakı büstlərini götürməsi, metronun "28 May” stansiyası daxilində divara həkk olunmuş portretinin dağıdılması xatırladılır.
Bu addım Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaratmış milli liderin xatirəsinə hörmətsizlik kimi dəyərləndirilir. Eyni zamanda "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” ölkə qanunu və uyğun beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması sayılır.
Müəlliflər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməklə məsələnin hüquqi müstəvidə həllini tələb edəcəklərini bildiriblər.
Müəlliflər bu bu vandalizm aktını dövlətçiliyə qarşı yönələn hadisə kimi pisləyir, milli liderin büstünün bərpasını, hadisənin günahkarlarının cəzalandırılmasını tələb edirlər.
.
Maybe you are interested in:
Müsavat yürüşə hazırlaşır
Müsavat hakimiyyəti Avropa Oyunlarının boykotu ilə hədələyir
Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər